Qeydiyyat

Medikamentoz mədə xorası - Hansı dərmanlar mədədə yara açır?

117


Medikamentoz mədə xorası - bu, tez-tez rast gəlinən problemlərdən biridir.

Bu xəstəlik dərman preparatlarının təsiri nəticəsində mədənin selikli qişasının zədələnməsi ilə müşahidə edilir. Bu cür patoloji proses dərman maddələrinin uzun müddətli qəbulundan sonra müşahidə edilə bilər. Buna görə də, ilkin əlamətləri müşahidə edən kimi yaxşı olardı ki, həkimə müraciət edəsiniz. Çox vaxt medikamentoz mədə xorası zamanı qanaxma yaransa belə, bu simptomsuz inkişaf edir.

Qanaxmadan əlavə, mədə divarının perforasiyası da meydana gələ bilər ki, bu da xəstənin sağlamlığı üçün çox təhlükəlidir. Çox zaman bu xəstəlik iltihabla müşayiət olunur. Medikamentoz mədə xorası tibbdə ciddi problemlərdən biridir. Bunun səbəbi isə bir çoxları tərəfindən xəstəliklər zamanı həkim təyinatı olmadan qeyri-steroid tərkibli dərmanları qəbul etmələridir.

Qeyd edək ki, bu cür problemlərlə tamamilə sağlam insanlar da qarşılaşa bilərlər.

Həmçinin də bir çox təzyiq dərmanlarının uzunmüddətli qəbulu da mədə xorasına səbəb olur.

Medikamentoz mədə xorası zamanı mədə şirəsinin turşuluğu artır və mədə seliyinin keyfiyyəti aşağı düşür.

Zərərli vərdişlər də iltihabəleyhinə qeyri-steroid tərkibli dərmanların mədə divarına təsirini artırır.

Medikamentoz mədə xorası zamanı, periodik ürəkbulanma, qusma, mədədə diskomfort, köpmə aid edilə bilər. Bəzən xəstə insan çəki itirir və buna əhəmiyyət vermir. Bu isə bir müddətdən sonra anoreksiya kimi özünü büruzə verir. Bu isə xəstənin həyatı üçün ciddi təhlükə yaradır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: