Qeydiyyat

Bananın bilmədyiniz müalicəvi xüsusiyyətləri

419


Banan tək qida deyil, banan həmçinin müalicəvi məhsuldur.
Banan müxtəlif xəstəliklər və pozulmalar zamanı təbii müalicəvi vasitə kimi istifadə olunur.
- Banan orqanizmə tonuslaşdırıcı təsir edir. Bananın gündəlik qəbulu insanı daha gümrah edir, iş qabiliyyətini və diqqəti artırır, yorğunluğu azaldır. Həkimlər ağır fiziki işlə məşğul olan insanlara, idmançılara hər gün 1-2 banan yemək tövsiyə edirlər.
- Təbii şəkərlə zəngin olan banan əqli fəaliyyəti yaxşılaşdırır.
- Çəkisini və əzələ kütləsini artırmaq istəyən insanlar bananı gündəlik qidalanmasına daxil etməlidir. İdman həkimləri ağır atletika, güləş, bodibildinqlə məşğul olan idmançılara hər gün 2 banan qəbul etmək tövsiyə edirlər.
- Banan insanın sinir sisteminə çox müsbət təsir edir, yuxunu yaxşılaşdırır. Stress, gərginlik zamanı hər axşam 1 stəkan südlü-bananlı kokteyl için. Bunun üçün blenderdə 1 stəkan süd və 1/2 banan qarıdırın və axşam yatmazdan əvvəl için.
- Banan alma ilə yanaşı kardioloqların sevimli meyvəsidir. Ürəyin sağlamlığını qorumaq istəyirsinizsə, hər gün 1 banan yeyin.
- Banan mədə-bağırsaq sistemi üçün çox faydalıdır. Zəhərlənmə, bağırsaq infeksiyaları, ishal zamanı banan müalicəvi qida kimi istifadə olunur. Belə hesab olunur ki, bananın tərkibində olan maddələr bağırsaqlarda mikrobları öldürür və həmçinin həzm sisteminin selikli qişasının bərpasına kömək edir. Mədə xorası və qastrit zamanı banan müalicəvi təsir göstərir.
- Banan kişilər üçün çox faydalıdır - potensiyanın və cinsi meylin artmasına kömək edir.
- Bananın spazmolitik xüsusiyyətləri var. Baş ağrısı, qadınlarda menstruasiya zamanı ağrılar zamanı banan yaxşı kömək edir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: