Qeydiyyat

Təhlükəli xəstəliklərin əlaməti - Dil nə zaman qanayır?

147


Dil qanaxması təhlükəsiz kimi görünsə də, əslində narahat olunmalı məqamdır və ciddi müalicə tələb edən patologiyalardan xəbər verə bilər.

Stomatoloqlar dil qanamalarının ən çox rast gəlinən səbəbinin herpes olduğunu deyir.

Bu səbəblər sırasına zədəni - məsələn dilin dişlənməsini də daxil etmək olar. Stomatitin bəzi növləri zamanı xarakterik olaraq ağız boşluğunun müxtəlif hissələrində zədə və infeksiya səbəbindən meydana çıxa bilir. Bəzən isə yaraların əmələ gəlməsi daxili orqanların, məsələn bağırsağın iltihabı ilə əlaqədar ola bilər. Bir qayda olaraq ağızda olan tək yara xəstədə heç bir narahatlıq və təşviş doğurmur.

Ağız boşluğunun kandidozu maya göbələyi infeksiyasının təsirindən yaranır. Adətən dil üzərində ağ rəngli nazik təbəqə kimi meydana çıxır. Asanlıqla yuyulur və xarakterik iyə malik olur. Bu zaman da ağızın selikli qişasında qanayan yaralar əmələ gələ bilər. Göbələk infeksiyası yüngül, orta və ağır olmaqla 3 dərəcəyə ayrılır. Ağır halda qızdırma verə və xəstənin əlvalı pisləşə bilər.

Herpes - bu virusun təsiri ilə təkcə dodaq və burun kənarları deyil, həmçinin ağızın içi də zədələnə bilər. Herpesin geniş yayılmasına baxmayaraq ağız içi herpesə çox az hallarda rast gəlinir. Xəstələr qida və su qəbul etməkdə çətinlik çəkirlər, qızdırmaları artır, əhval-ruhiyyələri pisləşir. Bəzi hallarda xəstəni xəstəxanaya yatırmaq tələb olunur.

Qan damarlarının anomaliyası - hemangioma. Bu damarların xoşxassəli şişidir, daha çox uşaq yaşlarında meydana gəlir. Bu cür patologiyalar qanaxma, ağrı, qida qəbulunun çətinləşməsi kimi fəsadlara yol aça bilər.

Xərçəng - bu, az yayılmış xərçəng növlərindəndir. Əlamətlərinə qanaxma, udqunma zamanı ağrı, dildə qalınlaşma, ağız boşluğunun keyiməsi aiddir. Xəstəliyin vaxtında aşkarlanması onun tam maülicəsinin əsas şərtidir.

Buna görə də ağızda qanaxma və sadalanan digər əlamətlər zamanı mütləq stomatoloqa müraciət edərək müayinə olunmaq lazımdır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: