Qeydiyyat

Hiperlordoz nədir?

103


Lordoz onurğa sütununun önə doğru əyilməsi səbəbindən meydana çıxan bir vəziyyətdir. Lordoz xəstəliyi zamanı xəstənin duruşundan fərqlilik gözlə görüləcək qədər nəzərə çarpır. Bu bir növ duruş pozunuqluğudur. Onurğanın bu vəziyyətə düşməsi hamiləlik zamanı, qocalıqda, kökəldikdə meydana çıxa bilir. Lordoza bəzən üzgüçülüklə məşğul olan adamlarda da rast gəlinir. Lordoz həddindən çox nəzərə çarpacaq qədər inkişaf etdikdə hiperlordoz adlanır. Xəstəliyin hansı səbəbdən əmələ gəlməsi dəqiq araşdırılmalı və aradan qaldırılımalıdır.

Hiperlordoz onurğada əmələ gəldiyi yerə uyğun olaraq formalaşır. Xəstəlik onurğa boyunca 4 hissədən baş verə bilir. Onurğanın duruşundan asılı olaraq 4 cür əyilmə müşahidə edilə bilir. Patologiyasnın inkişaf etməsində aşağıdakıların rolu var:

* düzgün pozada durmamaq, stolda və partada əyilib oturmaq
* kürək əzələsinin zəifləməsi
* boyun həddindən çox uzanması
* raxitlik
* vərəm
* polimielit
* onurğanın anadangəlmə anomaliyası
Lordoz dairəvi onurğa, düz onurğa, yarıməyri şəkilli onurğa, skolioz, kifoz şəklində inkişaf edə bilir. Xəstəlik nadir hallarda anadangəlmə olur. Əsasən lordoz onurğanın müxtəlif xəstəlikləri və müxtəlif travmalar səbəbindən əmələ gəlir.

Lordoz xəstəliyinə diaqnozun qoyulmasında həkimin müayinəsi və rentgen müayinəsinin nəticələri əsas götürülür.
Müalicə xəstəliyi əmələ gətirən səbəbdən asılı olaraq spesifik aparılır. Müalicə məqsədilə həkimin təyin etdiyi idman hərəkətləri həyata keçirilir. Dərman müalicəsi ilə birılikdə parafin, massaj,vannalardan da istifadə edilir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: