Qeydiyyat

Sükut etmək danışmaqdan üstündürmü?

128


Hədislərimiz buyurur ki, əgər danışmaq üçün ehtiyac yaranmasa, yersiz söz danışmaq yerinə susmaq və sükut etmək insana ancaq xeyir və fayda gətirər, ziyandan və günahdan qoruyar.

İmam Səccaddan (ə) danışmaq və susmaq barəsində soruşurlar ki, hansı daha üstündür. Həzrət (ə) buyurur: "Hər ikisinin də ziyanı vardır. Əgər bu ziyandan sağlam qalarsa, danışmaq sükutdan daha yaxşıdır".

Soruşurlar ki, niyə?

Buyurur: "Çünki Allah Təala peyğəmbərlərini (ə) və vəsilərini (ə) sükutla məbus etməmişdir. Onlar gəliblər ki, insanlarla danışsınlar. Heç kəs sükut edərək behiştə, İlahi vilayətə və İlahi əzabdan amanda qalmağa layiq olmaz. Bütün bu faydalar və nəticələr danışaraq əldə olunar. Mən heç bir zaman Günəşlə Ayı tərəzinin bir gözünə qoymamışam".

Yəni, necə ki, Ay Günəşin nuru sayəsində özünü nümayiş etdirər, sükutun da fəziləti danışaraq aşkar olar. Onun əksi mümkün deyildir.

Yəni, Ayın nuru ilə Günəşi nişan vermək olmaz.

İmam Rza (ə) buyurur: "Bilikli olmağın üç nişanəsi vardır:

1. Səbir.

2. Elm.

3. Sükut".

Bu hədisdə adı çəkilən sükut - insanın yersiz söz danışmaq yerinə sükut etməsidir. O zaman ki, əmr-be-məruf etmək lazım olar, sükut etməyin yeri olmaz. Çünki müsəlman məsuldur ki, başqalarını nəhy və məruf etsin. Bunu susaraq etmək mümkün deyildir.

Bu səbəbdən sükut nə qədər dəyərli olsa da, danışmaq ondan daha çox dəyərlidir.
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: