Qeydiyyat

Allaha təvəkkülün inanılmaz sirləri

158


Həzrət Loğman (ə) Qurani kərimdə hikmət verilmiş bir şəxsiyyət kimi təqdim olunur:

"Həqiqətən, Loğmana: 'Allaha şükür et!' (deyə) hikmət verdik." (Loğman-12)

Qurani Kərimdə Loğmanın (ə) adı 2 dəfə zikr olunmuş, hətta Quranda 31-ci surə Hz. Loğmanın adı ilə adlandırılmışdır. Hz. Loğman həm Quran, həm də digər dini mətnlərdə ən çox öz hikmətli nəsihətləri ilə tanınır, onun (ə) adı demək olar ki, ancaq nəsihət etdiyi hallarda zikr olunur.

Təfsir alimləri və islam tarixçilərindən bəziləri Hz. Loğmanı peyğəmbər, bəziləri isə hikmət və kəramət əhli kimi təqdim etmişlər. Çox təfsirçilərin qənaəti budur ki, o (ə) peyğəmbər yox, ilahi hikmət verilmiş saleh bəndələrdəndir.

Həzrət Loğmanın hikmətlərini həm Qurani Kərim, həm də hədislər nəql edir.Quran buyurur:

"(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: 'Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)" (Loğman-13)

İmam Sadiq (ə) Loğmanın (ə) hikmətlərinə işarə edərək onun (ə) dilindən gözəl və dəyərli bir nəsihət nəql edərək buyurur:

Ey oğul! Həqiqətən dünya dərin bir dəryadır,

Orada nə çox alim, elm əhli həlak olub!

Bu dəryada Allaha imanı özünə gəmi (qurtuluş vasitəsi) qərar ver!

Təqvanı (Allahdan qorxunu) bu yolda özünə yelkən qərar ver!

Allaha təvəkkülü bu gəminin sərmayəsi qərar ver!

Bil ki, nicat tapsan Allahın rəhmətindən!

Həlak olsan öz nəfsindəndir!

(Şeyx Səsuq-49) ( Təfsiri Qumi. C-2. Səh-163)

Həzrət Loğman (ə) bu kiçik həcli mətində demək olar ki, bütün İslam etiqadını cəm edib. Diqqət etsək burada Allahı tanıma, dünyanın keyfiyyəti, iman, təqva, təvəkkül, nicat, qurtulaş, həlak olmaq, insanın ixtiyarı, nəfslə mübarizə, Allahın cəza və mükafatı, Allaha tam etimad (təvəkkül) və sair, demək olar ki, bütün İslam etiqadı əks olunur.

Sonda insanda formalaşan bütün bu etiqadi mətləblər özünü əməl şəklində zahir edir. Bu əməlin tam göstəricisi sonda Allaha təvəkkül etməklə, yəni Allaha tam etimadla kamal zirvəsinə yetişir. Çünki tam etimad üçün tam yəqin (iman) hasil olmalıdır. Təvəkkülün insana verdiyi iman şirinliyini isə Seyyid Əbdul-Əla Səbzəvari belə anladır:

"Kim Allaha təvəkkül etsə, Allahın məhəbbətinə və rizasına sahib olar. Necəki Quran buyurur: "Allahın təvəkkül edənlərə məhəbbəti vardır."

Bu fəxr insana kifayətdir!

Təvəkkül, Allahın bəndələri üçün təqdir etdiyi bütün nə varsa hamısın xeyrə, yaxşılığa çevirər!

Təvəkkül insanın qəlbində iman əminliyi, nəfsində isə rahatlığ yaradar!"
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: