Aşağıdakı qarışımdan istifadə etməklə siz dırnaqlarınızın tez uzanmasına və sınmamasına nail ola bilərsiniz. Bu vasitə sizin dırnaqlarınızı möhkəmləndirəcək və dırnaqlarınız arzuladığınız kimi olacaq.
Lazım olanlar:
* qurudulmuş çobanyastığı çiçəyi - 1 xörək qaşığı
* qurudulmuş at pıtrağı - 1 xörək qaşığı
* qurudulmuş dazı otu (qoyunqıran) - 1 xörək qaşığı
* qurudulmuş bağayarpağı - 1 xörək qaşığı
* qaynar su - 1 litr
Bütün bitki quruları qaynar suya salınır və 1 saat dəmlənir. Dəmləndikdən sonra süzülür və bir-neçə damcı efir yağı damdırılır. Sonla əllər bu dəmləmədə 30 dəqiqə vanna edilir və su ilə yaxalanmadan qidalandırıcı krem sürtülür. Bu qayda ilə hazırlanan dəmləmədə əlləri həftədə 4 dəfə vanna eləmək dırnaqları möhkəmləndirir. İstəsəniz vannanı hər gün də təkrarlaya bilərsiniz. Oxuduqlarınıza əməl eləsəniz 2 həftədən sonra dırnaqlarınız möhkəmləndiyinin şahidi olacaqsınız.
Bu portalda yerləşdirilmiş bütü