Qeydiyyat

İnsanlar niyə zərərli qidalara meylli olur?

168


Alimlər insanların nə üçün zərərli qidalara meyil saldığını və kökəldiyini müəyyən edib. Məlum olub ki, bunun dieta ilə o qədər də əlaqəsi yoxdur. Məsələ hər bir konkret fərdin DNT özəlliklərindədir.

Kembric Universitetinin tədqiqatçıları 14 minə yaxın insanın sağlamlığı ilə bağlı məlumatları araşdırıb.

Alimləri müəyyən edib ki, az çəkili insanların arıq qalması təkcə onların iradə baxımından güclü olmasını göstərmir, eyni zamanda, "arıqlığa" genetik təmayülünün olmasından irəli gəlir.

Minlərlə könüllü arasından tədqiqat qrupu aşağı bədən çəkisi indeksi olan 1600 nəfəri seçə bilib. Üstəlik, onların 40 faizi əmin edib ki, istənilən qədər yemək yemələrinə baxmayaraq, artıq çəki yığmırlar.

İkinci mərhələdə genetiklər arıq insanlardan biomateriallar toplayıb. Araşdırma prosesində məlum olub ki, bu qrupdan olan əksər insanlarda "arıqlıq geni" var. Bu gen maddələr mübadiləsi prosesinin sürətləndirilməsinə xidmət edir.

Genetiklər qeyd edirlər ki, maddələr mübadiləsinin sürətləndirilməsinə cavab verən genlərin sekvenləşdirilməsi gələcəkdə kökəlmə problemini tamamilə aradan qaldırmağa kömək ola bilər.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: