Qeydiyyat

Zöhdün mənfi nümunəsi də olur

148


Bəzən insanlar zahidliyin mənası barəsində xataya düşürlər və elə bilirlər ki, zahidlik əlini dünyadan tamamilə üzmək deməkdir. Halbuki, zahidlik dünya nemətinə tamah göstərmədən ondan düzgün istifadə etmək deməkdir.

İmamların (ə) zamanında da bu təfəkkürə malik olan bir çox firqələr yaranmışdı. Onlardan bəziləri var idi ki, hətta Məsum İmamların (ə) rəftar və əməllərini məzəmmət edir və onlara irad tuturdular. Çünki zöhdün həqiqi mənasından qafil idilər.

İmam Baqirin (ə) zamanında da bu cür yolunu azmış insanlardan biri yaşayırdı ki, adı Muhəmməd ibni Munkədər idi.

Həmin şəxs bir gün görür ki, İmam Baqir (ə) nökərləri ilə birlikdə öz tarlasını sahmana salmaq üçün evindən çıxır. O, İmama (ə) nəsihət vermək istəyir və Həzrətə (ə) deyir: "Ey Allah Rəsulunun (s) övladı! Əgər ölüm mələyi sizin bu halda ruhunuzu qəbz etsə, necə olarsınız?".

İmam (ə) buyurur: "Allah ibadətlərindən birində olan halda. Çünki mən öz mal və mülkümü sahmana salıram və əkin əkirəm ki, sənə, başqalarına möhtac olmayam".
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: