Qeydiyyat

Bu göstəriş və əməllə etdiyiniz günahdan dərhal xilas olacaqsınız - Mühüm tövsiyə

142


Bu göstəriş və əməllə etdiyiniz günahdan dərhal xilas olacaqsınız - Mühüm tövsiyə

Günah anlayışı dini təfəkkürə aid olan bir anlayışdır. Bunun da meyarı Allah Təalanın təyin etdiyi hədd və meyarlardır. İnsan rəbbini təyin etdiyi hədd və qanunlara etinasız olub, təyin edilmiş ilahi qayda və qanunları pozarsa günah etmiş olur.

Günah da insana iki cür mənfi təsir edir. Bunlardan birincisi insanın ruhiyyəsində dərin mənfi təsir göstərməsidir ki, bunun da nəticəsi qəlbin qəsavəti, mənəvi korluq və xəstəliklə nəticələnir. Qurani Kərim bu cür insanları lal, kar və gözlərində pərdə olması ilə tanıtdırır və onları bu əməllərinə və əməllərinin nəticəsində düşdükləri bu vəziyyətlə qınayır:

"Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır." (Bəqərə-7)

Ayənin təfsirində deyilir ki, Allah Təala heç bir bəndəsinə əsla zülm etməz. İnsan gözündə, qəlbində olan bu möhür və pərdəni öz pis əməlləri sayəsində "qazandığı" nəticədir.

Günahkarın günah müqabilində üzləşəcəyi ikinci pis nəticə isə əzab və əziyyətdir. Bu əzab və əziyyət mümkündür ya tək dünyada olsun. Beləki Allah Təala hansısa əməlinə görə onu bağışlayıb əzabını axirətə saxlamır. Yaxud dünyada səfa sürüb yalnız axirətdə bu əməli ilə üzləşsin. Həmçinin mümkündür ki, dünyası da, axirəti də bərbad olsun.

Bu səbəbdən insan gərək günah kimi pis əməllərdən çəkinsin. Amma bütün insanların iman və iradəsi eyni deyildir. Hər kəs günahdan eyni səviyyədə qoruna bilmir. Burda da Rəhman Allahın rəhmət və mərhəməti insanın köməyinə çatır:

Həqiqətən, yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın) yada salanlara öyüd-nəsihətdir. (Hud-114)

Əgər insan hər hansı bir günah edərsə, qeyd olunan bu iki mənfi nəticə ilə üzləşməmək üçün gərək dərhal bir çıxış yolu tapsın. Böyük müfəssir Ayətullah Cavad Amili günahın mənfi təsirlərindən dərhal qurtarmaq üçün qeyd olunan ayəyə istinadən belə buyurur:

"Dini göstərişlərdə belə qeyd olunub ki, əgər bir günaha mürtəkib olsanız (günah etsəniz) dərhal bir yaxşılıq edin, ehsan edin!

Belə edin ki, günahlarınızın əvəzi ödənsin!"
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: