Qeydiyyat

"Qızılı süd" barədə eşitmisinizmi?

148


Aşağıda haqqında bəhs edəcəyim süd qarışımından qədim dövrlərdə də istifadə edilib. Müasir tibbi araşdırmalar bu qarışımın qaraciyər üçün faydalı olduğunu araşdırıb və təsdiq edib. Qarışımdan gün boyu da içmək mümkündür. Ancaq, əksər insanlar " qızılı süddən"müalicə məqsədilə istifadə etdikdə səhərlər acqarına və ya axşamlar yatmazdan qabaq qəbul edirlər. Bu içkinin əsil adı "Haldi ka doodh adlanır". Bu da tərcümədə sarıköklü süd adlanır. Bu süd reseptindən qədim Hindistanda istifadə edilib. Tərkibinə əddviyyatlar qarışdırılmış bu süd orqanizmə detoksik təsir göstərir, qanda şəkərin miqdarını nəzarət altında saxlayır, iltihabi prosesləri sağaldır. Bu südün ən yaxşı xüsusiyyəti isə qara ciyəri təmizləməsi və onun fəaliyyətini yaxşılaşdırmasıdır. Bu müalicəvi və sehirli qarışıma süddən hazırlanmış qidalar da əlavə etmək mümkündür.
Qızılı südü hazırlamaq üçün aşağıdakılar lazımdır:
* sarıkök - 1 çay qaşığı
* zəngəfil - 1 çay qaşığı
* kakos yağı - 1 xörək qaşığı
* qara istiot - az miqdar
* bal - 1 çay qaşığı
* darçın - yarım çay qaşığı( zövqə görə)
Qarışımı hazırlamaq üçün bütün yazılanlar qazana tökülür və 5 dəqiqə qaynadılır. Qarışım əzələ və oynaqlardakı ağrıları aradan qaldırır, dəri problemlərini həll edir, respirator xəstəliklərin əmələ gəlməsinin qarşısını alır və qaraciyəri təmizləyir. Qarışımın iltihab əleyhinə və antimikrob təsir etməsi orqanizmdə olan xroniki və autoimmun xəstəliklərin əlamətlərini azaldır.
Sarıkökün allergiya əleyhinə təsir göstərməsi isə qarışımın orqanizmə əks təsirinin qarşısını alır və insanın həssaslığını aradan qaldırır.
Zəncəfil ağrıkəsici və iltibab əleyhinə təsir göstərir.
Kakos yağının tərkibində olan B qrup vitaminlər, maqnium, yağ turşuları, elektrolitlər qanda şəkərin miqdarını tənzimləyir, oynaqlardakı ağrıları aradan qaldırır və çəkini azaldır.
Qızılı süd orqanizmin sağlamlığı üçün əsil "bomba" hesab edilir. Onun hazırlanması sadə və asan, faydası isə çox olduğu üçün hazırlayıb için və bir çox xəstəliklərdən azad olun.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: