Qeydiyyat

"İstəyirsən məni oğru kimi tanısınlar?"

156


Həzrət Əbu-Talibin, atalarının və övladlarının iman gətirməsi öz təsdiqini tapmış məsələlərdəndir. Çünki Əbu-Talibin (ə) dünyasını dəyişdiyi günə qədər bütə pərəstiş etdiyi görünməmiş, hər zaman Allahın elçisini (s) və kiçik bir dəstə olan möminləri Məkkə müşriklərindən qorumuş, bu yolda malını və canını fəda etmişdi.

Əqil də Əbu-Talibin (ə) övladlarından biri, İmam Əlinin (ə) qardaşı idi. Bu iki qardaş arasında İmamın (ə) ədalətini və əzmini əks etdirən hadisələr tez-tez qeyd olunur.

Bu da, Əqilin seçdiyi bir üsul idiki, bununla İmamın (ə) ədalət və fəzilətini tarixə və zehinlərə yazırdı!

Bir tarixi hadisədə qeyd olunur:

Bir gün Əqil İmamın (ə) yanına gəlir və xəzinədən maddi yardım istəyir. İmam (ə) isə ona səbr etməsini və hər kəsin payının bölüşəcəyi zamanı gözləməsini söyləyir. Əqil isə israr edərək xəzinədən mal istəyr.

İmam (ə) yanında olan bir nəfərə üzünü tutaraq buyurur: Əqilin əlindən tut, onu bazara apar və de istədiyin dükanın qapısını qır və nə istəyirsən gir götür!

Əqil təəccüblə deyir: İstəyirsən məni oğru kimi tanısınlar?

İmam (ə): Bəs istəyirsən mən oğurluq edim? Müsəlmanlara məxsus xəzinədən mal götürüb sənə verim?

Əqil: O zaman Müavuyyənin yanına gedəcəm!

İmam (ə): Özün bilərsən!

Əqil Müaviyyənin yanına gedir və ondan kömək istəyir. Müaviyya ona 1000 dirhəm verir və deyir: Ey Əqil, minbərə çıx və mənimlə Əlinin (ə) səninlə necə rəftar etdiyini danış.

Əqil minbərə çıxaraq Müaviyyənin əqidəsini əks etdirən tarixi sözlərini deyir:

Ey camaat, mən qardaşım Əlidən (ə) dinini istədim, mən yanından uzaqlaşdırdı. Muaviyyə isə məni dinindən üstün tutdu!

Qeyd: Bu da Əbu-Talib övladı Əqilin özünə məxsus həqiqəti çatdıram üsulu idi.
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: