Qeydiyyat

İmam Cəfəri-Sadiqin Ünvan Bəsriyə göstərişi

195


Ünvan Bəsri 94 yaşlı qoca bir kişi idi. O deyir: "Mən elm öyrənmək üçün Malik ibni Ənəsin yanına gedib-gəlirdim. Cəfər ibni Məhəmməd (ə) bizim şəhərə gəldikdə onun hüzuruna getdim.

Çünki o Həzrətin (ə) də elmindən istifadə etmək istəyirdim. Bir gün mənə buyurdu: "Mən diqqət və nəzarət altında olan bir adamam. Bundan əlavə, hər bir gecə-gündüzün hər bir saatlarında xüsusi zikrlərim vardır. Sən mənim zikrlərimin qarşısını alma, elm kəsb etmək üçün əvvəldə olduğu kimi Malik ibni Ənəsin yanına get."

Mən bu sözdən qəmgin oldum və onun yanından çıxıb getdim. Ürəyimdə dedim: "Əgər imam (ə) məndən bir xeyir görsəydi məni görüşdən məhrum etməzdi." Sonra Peyğəmbər (s.ə.v.v) məscidinə gedib o həzrətə salam verdim.

Sonrakı gün də Peyğəmbərin (s.ə.v.v) rövzəsinə gedib iki rək'ət namaz qıldım və dua edərək dedim: "Ya Allahu, ya Allah, in tu"tifu ələyyə qəlbə Cə"fərin və tərzuqəni min ilmihi əhtədi bihi ila siratikəl-mustəqim!"

(Ey Allah, ey Allah! Sən Cə'fərin qəlbinə məhəbbət sal və onun elmindən məni Sənin düz yoluna istiqamətləndirəcək qədər bəhrələndir!) Sonra yenə də qəm-qüssə içində evə qayıtdım, amma Malik ibni Ənəsin yanına getmədim.

Çünki Cəfər ibni Məhəmmədə (ə) məhəbbət mənim qəlbimdə özünə yer açmışdı. Bir müddət guşənişinlik etdim. Vacib namazımı qılmaqdan başqa sair işlər üçün evdən çıxmırdım. Nəhayət səbrim tükəndi. Bir gün imamın (ə) qapısına getdim və daxil olmaq üçün icazə istədim. Xidmətçi gəlib dedi:

"Nə işin var?"

Dedim:-Mən imamın hüzuruna gedib salam vermək istəyirəm.

Dedi:-Ağa mehrabda namaz qılır.

Sonra evə girdi. Mən də qapının ağzında oturdum. Çox keçmədi ki, xidmətçi qayıdıb dedi:-Mənzilə buyurun.

Mən evə daxil oldum və Həzrətə (ə) salam verdim. Salamımı aldı və buyurdu:-Əyləş, Allah səni bağışladı.

O Həzrətin (ə) hüzurunda oturdum. Mübarək başını aşağı saldı. Bir qədər sükutdan sonra qaldırıb buyurdu:-Künyən nədir?

Ərz etdim:-Əba Əbdillah.

Buyurdu:-Allah səni bu künyədə sabit saxlasın və səni müvəffəq etsin. Nə istəyirsən?

Ürəyimdə dedim: "Əgər bu görüşdə bu xeyir-duadan başqa bir fayda olmasa, elə bu da mənim üçün dəyərli olacaqdır." Sonra ərz etdim:

Allahdan istəmişəm ki, sənin qəlbini mənə qarşı mehriban etsin, sənin elmindən məni bəhrələndirsin. Ümidvaram ki, Mütəal Allah duamı qəbul etsin.

Həzrət buyurdu:-Ey Əba Əbdillah! (Həqiqi) Elm təəllüm (öyrənməklə) vasitəsilə hasil olmur. Əksinə, elm bir nurdur ki, Allah hidayət etmək istədiyi bəndənin qəlbinə salır. Əgər elm istəyirsənsə, əvvəlcə qəlbində bəndəliyin həqiqətini yarat və elmi əməl vasitəsilə istə, Allahdan dərk etməyi istə ki, sənə başa salsın.

Dedim:-Ey Şərif!

Buyurdu:-Mənə "Əba Əbdillah" de.

Dedim:-Ey Əba Əbdillah! Bəndəçiliyin həqiqəti nədir?

Buyurdu:-Bəndəçiliyin həqiqəti üç şeydədir.

Birincisi budur ki, bəndə özünü Allahın ona əta etdiyi şeylərin sahibi və maliki bilməsin, əksinə, malı Allahın malı bilsin. Çünki bəndələr heç bir şeyə sahib olmazlar. (Əlində olanları) Allahın buyurduğu yollarda sərf etsin.

İkincisi budur ki, özünü işlərin idarə olunmasında bacarıqsız görəsən.

Üçüncüsü budur ki, özünü Allahın əmr və nəhylərini yerinə yetirməyə məşğul edəsən. Deməli, əgər bəndə özünü mal-dövlətin maliki bilməzsə, mal-dövlətin Allah yolunda sərf edilməsi ona asan olacaqdır. Əgər işlərin idarə olunmasını - tədbiri Allaha həvalə edərsə, dünya müsibətlərinə dözmək onun üçün asan olacaqdır.

Əgər Allahın əmr və nəhylərini əməl etməyə məşğul olarsa, dəyərli vaxtlarını yersiz öyünmək və mübahisə etmək kimi yollarda zay etməyəcəkdir. Əgər Allah bir bəndəni bu üç şeylə əzizləsə, dünya, şeytan və məxluqat ona çox dəyərsiz və asan görünəcəkdir.

Belə olan halda o, mal-dövlətini artırıb bunun vasitəsilə fəxr edib öyünmək üçün çalışmaz. Camaatın nəzərində izzət və üstünlük sayılan (məcazi) şeyləri istəməz.

Dəyərli vaxtlarını batil və əbəs şeylərlə keçirməz. Bu, təqvanın ilk dərəcəsidir ki, Allah-təala Qur'ani-Kərimdə buyurur: "O axirət evidir ki, onu yer üzündə fitnə-fəsad və üstünlük istəməyənlər üçün qərar verərik. Xeyirli aqibət müttəqilər üçündür."

Ərz etdim:-Ey Əba Əbdillah! Mənə əməli göstərişlər ver.

Buyurdu:-Sənə doqquz şeyi vəsiyyət edirəm. Bu, haqq yolunu keçmək qərarına gələn bütün insanlar üçün mənim göstərişim və vəsiyyətimdir. Allahdan istəyirəm ki, bunlara əməl etməkdən ötrü səni müvəffəq etsin.

Göstərişlərin üçü nəfsinin razılığı barəsində, üçü helm (həlimlik) və səbr barəsində, üçü isə əməl barəsindədir. Sən bunları əzbərlə və heç vaxt bunları yerinə yetirməkdə səhlənkarlıq etmə.

Ünvan Bəsri deyir: "Bütün nəzər diqqətimi Həzrətin (ə) sözlərinə yönəltdim." O, buyurdu:

Riyazətlə (nəfslə) əlaqədar tövsiyə etdiyim şeylər bunlardır:

1.Ehtiyatlı ol, iştahan olmayan şeyi yeməyəsən. Çünki bu, axmaqlığa və nadanlığa səbəb olur.

2.Acımamış yemə.

3.Halal yeməklərdən ye və yeməkdən əvvəl "Bismillah" de.

Sonra Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) buyurduğu aşağıdakı hədisi nəql etdi: "İnsan qarnından da şər qab doldurmur. Əgər yeməyə ehtiyacı varsa, qarnının üçdə birini yemək üçün, üçdə birini su üçün və üçdə birini də nəfəs almaq üçün saxlamalıdır."

Helm barəsində tövsiyə edilən işlər aşağıdakılardır:

1.Hər kəs sənə "mənə dediyin hər bir sözün əvəzində sənə on qat cavab verəcəyəm. - desə sən cavabında de: "Əgər sən mənə on kəlmə pis söz desən də cavabında məndən hətta bir kəlmə də eşitməyəcəksən!"

2.Hər kəs sənə nalayiq sözlər desə cavabında de: "Əgər düz deyirsənsə Allah məni bağışlasın, yox, əgər yalan deyirsənsə Allah səni bağışlasın!"

3.Hər kəs səni söyüşlə təhdid edərsə sən ona nəsihət və dua və'dəsi ver.

Elm barəsində tövsiyə olunan şeylər aşağıdakılardır:

1.Bilmədiyin hər bir şeyi alimlərdən soruş. Amma ehtiyatlı ol ki, sənin sualların onları sınaqdan keçirmək və onlara əziyyət vermək məqsədi daşımasın.

2.Şəxsi rə'yinə əməl etməkdən ciddi şəkildə uzaq ol və bacardığın qədər ehtiyatı əldən vermə.

3.Yırtıcı şirdən qaçdığın kimi, şəxsi rə'y əsasında (şər'i dəlili olmadan) fətva verməkdən çəkin. Öz boynunu, camaatın keçməsi üçün körpü qərar vermə.

Sonra buyurdu:

Mənim yanımdan qalx, ey Əba Əbdillah! Sənə kifayət qədər nəsihət etdim, mənim zikrlərimə mane olma. Çünki mən öz nəfsimə dəyər verirəm. Salam olsun hidayətə tabe olanlara!
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: