Qeydiyyat

Peyğəmbərimiz İmam Məhdi barədə nə dedi?

183


Həzrət Peyğəmbər (s) Qədir-Xum çölündə öz məşhur xütbəsini söyləmişdir ki, bu xütbədə İmam Məhdiyə (ə.f) işarə edərək, onu müsəlmanlara tanıtmışdır.

Həzrət Peyğəmbər (s) buyurur: "Bu imamət onların arasında qalıcıdır. Onların sonuncusu Məhdidir (ə.f). Agah olun, həqiqətən də axırıncı İmam bizdən olan Qaim Məhdidir (ə.f)".

Həzrət (s), İmamı (ə.f) tanıtmaqda davam edərək buyurmuşdur: "O, bütün dinlərə hakim olacaqdır. Agah olun! Odur zülmkarlardan intiqam alan!

Agah olun! O, yer üzərində Allahın vəlisidir. İnsanlar arasında hakimi və aşkar və gizli məsələlərin əmanətdarıdır".

O zaman ki, Peyğəmbər (s) Qaim Məhdinin (ə.f) adını çəkir, belə görünür ki, artıq hamı onun kim olduğunu bilirdi. Çünki Peyğəmbərimiz (s) 23 illik nübuvvət zamanında onun haqqında çox söhbətlər etmişdi.

Həzrət Qədir-Xumda buyurur: "İmamlarımızın (ə.f) sonuncusu vardır ki, siz hamınız (onu) tanıyırsınız. O, Qaim Məhdidir (ə.f) və bizim ailəmizdəndir".

Bəli, Peyğəmbər (s) bu mühüm gündə nəinki Əmirəl-möminin (ə.f) vilayətini elan etmiş, o cümlədən, sonuncu İmamın (ə.f) dövründən də xəbər vermişdir.

Bir daha hüccətini tamamlayaraq, onun kim olduğunu insanlara xatırlatmışdır ki, agah olsunlar və yollarını azmasınlar.
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: