Qeydiyyat

Yata bilmirsinizsə, bu çaylardan için

357


Yuxu sağlam bədən və beyin üçün lazım olan əsas fizioloji ehtiyaclardan biridir. Xəstəliklərdə stres faktorunu ön plana çıxaran ən mühüm amillərdən biri də elə məhz yuxu rejiminin pozulmasıdır.

Yuxu problemi yaşayanlara aşağıdakı çaylardan içməyi təklif edir.

Çobanyastığı çayı

Sakitləşdirici özəlliyi olan bu çay apigenin adlı bir növ antioksidant ehtiva edir. Apigenin komponenti beyində narahatlığı azalda bilən və yuxu mərhələsinə keçidi asanlaşdıran reseptorlara bağlanır.

Qocalar evində yaşayan 60 fərd üzərində aparılan araşdırmada, gündə 400 milliqram çobanyastığı ekstraktı qəbul edənlərin içməyənlərə nisbətən asan yuxuya getdiyi və daha yaxşı yatdığı müəyyən edilib. Başqa bir araşdırmada isə xroniki yuxu problemi olan qrupa gündə iki dəfə 270 milliqram çobanyastığı ekstraktı verilib və problemin azaldığı müşahidə olunub.

Pişikotu çayı

Pişikotu qədim dövrlərdən bəri psixoloji problemlərin müalicəsində də istifadə olunur, hətta bəzi dərmanların tərkibinə qatılır.

2-ci Dünya müharibəsində ingilis əsgərlərində müharibə stresini azaltmaq üçün məhz bu bitkidən istifadə edildiyi bildirilir. Bu bitki neyromediatorun səviyyəsini artıraraq yuxuya getmə prosesini sürətləndirir. Yuxu problemi olan 27 insan üzərində aparılan araşdırmada, onun iştirakçıların 89%-nə təsir etdiyi müşahidə olunub.

Nanə çayı

Yuxuya getməkdə çətinlik çəkən, baş ağrısı və yorğunluq hiss edənlərə nanə çayı içmək tövsiyə olunur. Nanənin tərkibindəki mentol əzələləri rahatladır və daha tez yuxuya getməyə yardımçı olur. Nanənin həzm problemlərini aradan qaldıran xüsusiyyəti də rahat yatmağınıza kömək edəcək.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: