Qeydiyyat

Ən paranoyak BÜRCLƏR - Kimlərin şübhə və qısqanclığı ən üst səviyyədədir?

190


Şübhə bütün insanlara xas xüsusiyyətdir. Qədərində olduğu təqdirdə, şübhə insan inkişafı üçün də vacib şərtdir. Lakin bir çoxlarının şübhələri onların reallığı qavramasını əngəlləyir.

Bu cür insanlar özlərindən daha çox sosial və romantik münasibətlərdə olduqları şəxslərin həyatlarını zindana çevirirlər. Bu cür insanlara psixologiyada paranoyaklıq diaqnozu da qoyula bilər.

ən paranoyak bürclərin siyahısını təqdim edir:

1. Şir

Ən eqoist bürclər olan şirlər üçün yalnız öz reallıqları mövcuddur. Digərlərinin hissləri və düşüncələrinin onlar üçün heç bir önəmi yoxdur. Əgər onlarda ən xırda da olsa şübhə və ya qısqanclıq yaranırsa, artıq bunu reallıq kimi qəbul edib, insanların həyatını qaralda bilirlər. Məsələnin əslini şirlərə nə qədər izah etsən də, onlar üçün yalnız öz doğruları önəmlidir.

2. Əkizlər

Əkizlərin paranoyaklığı isə daha çox özlərinin qərarsızlıqları ilə bağlıdır. Onlar heç vaxt fikirlərində qəti ola bilmirlər. Hər zaman "daha yaxşı ola bilərdi", "başqa cür də mümkün idi" düşüncəsində olan əkizlər insanlarla münasibətdə də eyni cür hərəkət edirlər. Buna görə də dostları və sevgililərinə heç vaxt tam güvənə bilmirlər.

3. Tərəzi

Tərəzilər hər şeyi yüz ölçüb, bir biçmələri ilə tanınırlar. Lakin onlar nə qədər ölçsələr belə öz arşınlarından yenə də şübhə edirlər. Təbii ki, öz düşüncələrində belə şübhələrdən qurtara bilməyən tərəzilərin digərlərinə qarşı paranoyaklıq sərgiləməsi təəccüblü qarşılanmamalıdır.

Eyni zamanda onlar kimisə ən xırda təhlükə mənbəyi kimi görsələr, dərhal onun axırına çıxmaq üçün planlar qurmağa başlayırlar.

4. Əqrəb

Əqrəblər daha çox romantik münasibətlərdə qısqanc insanlardır. Bu bürcün nümayəndələri sevdiklərinə olduqca bağlı olduqları üçün, onları ən olmayacaq şeylərə belə qısqanır, hər zaman şübhə duyurlar. Nə qədər özlərinə mane olub, bunu gizlətməyə çalışsalar da yenə də bacarmırlar. Siyahıdakı digər bürclərdən fərqli olaraq, əqrəblər heç də şübhə duyduqları insanlara qarşı düşməncəsinə planlar qurmurlar.

5. Buğa

Buğaların paranoyaklığı tənbəllikləri ilə bağlıdır. Onlar əgər kimsə haqqında reallıqdan uzaq belə olsa informasiya versələr, onu uzun müddət beyinlərində saxlayırlar. Sonradansa onları düzgün olanı qəbul etdirmək çox çətin olur. Kimsə haqqında mənfi rəy aldıqlarında həmin insanın ən böyük yaxşılıqlarına belə şübhə ilə yanaşırlar. Eyni zamanda sevdiklərinə qarşı da olduqca qısqancdırlar.
Bolme: Maraqli / Burcler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: