Qeydiyyat

Dənizdə batmaq ehtimalı yüksək olan BÜRCLƏR - Bu beşliyi sulara qərq edən nədir?

448


Çimərlik mövsümünün başlaması ilə birlikdə suda boğulma hallarının sayı da artmaqdadır. Doğrudur, boğulmaların səbəbi hər zaman eyni olmur. Lakin bir çox hallarda ən yaxşı üzgüçülər təhlükəsizlik qaydalarını heçə sayaraq, həyatlarını təhlükə qarşısında qoyurlar. "İlk boğulanlar ən yaxşı üzməyi bacaranlardır" fikri heç də təsadüf nəticəsində ortaya çıxmayıb.

Suda boğulmaq ehtimalı yüksək olan bürclərin siyahısını təqdim edir:

1. Şir

Hər zaman digər insanlardan fərqlənməyə çalışan və özünün ən yaxşı olduğunu sübut etmək istəyən şirlər siyahının ilk pilləsindədir. Onlar adətən yaxşı üzgücü olur və müxtəlif tryuklarla özlərini göstərmək üçün dəridən-qabıqdan çıxırlar. Əgər çimərlikdə hamıdan dərində üzən birini görsəniz böyük ehtimalla həmin şəxs şir bürcününün nümayəndəsi olacaq. Bütün bu səbəblər şirlərin boğulma ehtimalını da yüksəldir.

2. Əkizlər

Əkizlərin boğulma potensialının yüksək olması bilavasitə xasiyyətlərindən qaynaqlanır. Çünki onlar qərarsızdırlar. Hər yerdə olduğu kimi çimərlikdə də gah bir, gah da başqa cür davrana bilirlər. Boğulma təhlükəsi yarandıqda əkizlər sadəcə olaraq nə edəcəklərini qərarlaşdıra bilmirlər. Belə hallarda hər saniyənin qızıla bərabər olduğunu nəzərə aldıqda isə əkizlərin bu siyahıya nə üçün daxil edildiklərini asanlıqla başa düşmək olur.

3. Oxatan

Macərapərəst oxatanlar dənizi çox sevirlər. Lakin qaydalara da bir o qədər nifrət edirlər. Onların bu xüsusiyyətləri çimərlikdə də özünü göstərir. Təhlükəsizlik normalarını gözardı etmələri ilə yanaşı, onlar üzmə qaydalarını da heçə sayırlar. Özlərindən fərqli tərzlər icad edib, müxtəlif tryuklara müraciət edə bilərlər. Təbii ki, bu da onlar üçün boğulma təhlükəsini birəbeş artırır.

4. Qoç

Qoçlar şirlər qədər yaxşı üzgüçü olmasalar da, rəqabətdə qalib çıxmaq üçün əllərindən gələni edirlər. Əgər kimsə onlara üzgüçülük yarışı təklif etsə, hər nə olursa olsun qalib gəlmək üçün hər şeyi edə bilərlər. İndkarlıqları onlar üçün təhlükə potensialını hər zaman yüksək edir, o cümlədən çimərlikdə olarkən...

5. Əqrəb

Su ünsürü olan əqrəblərə suya qovuşduqda bütün daxili enerjilərini üzə çıxarırlar. Çox aqressiv davranır, dənizə olan sevgilərini sonuna qədər yaşamağa çalışırlar. Saatlarla sudan çıxmayan dostunuz varsa, o böyük ehtimalla əqrəbdir. Suya nə qədər çox aludə olsanız, o da sizi bir o qədər özünə çəkəcək. Bu da əqrəblər üçün təhlükəni daha da artırır.
Bolme: Maraqli / Burcler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: