Həcc və ümrə müştərək xüsusiyyətlərə malikdirlər, hər ikisi də ehramdır. Ehramın haramları hər ikisində də eyni cürdür. Yəni, həccdə olan 24 haram əməl ümrəyə də aid edilir.
Ancaq əgər onların fərqləri barəsində danışmaq istəsək, gərək deyək ki, həcc vacib, ümrə müstəhəb əməldir. Yəni, hər kim ümrəni yerinə yetirməsə - cəzalanmayacaqdır. Ancaq əgər müsəlmanın malı, canı və yolu olarsa və həcci yerinə yetirməzsə - cəza görəcəkdir.
Ümrə ilə həccin ikinci fərqi odur ki, ümrənin 7 əməli, həccin isə 18 əməli vardır. 18 əməlin beşi ümrəyə aiddir. 13 əməl isə həccə məxsusdur. Başqa sözlə desək, həcc daha mürəkkəb əməldir. O zəvvar ki, ümrəni yerinə yetirir, gərək mütləq sonra həcci də yerinə yetirsin.
Ümrə ilə həccin başqa bir fərqi də bundadır ki, hacı hərəmi tərk edə bilməz. Məkkə - hərəm sayılır. Yəni, əməllərini sona çatdırana qədər hərəmdə qalmalıdır. Ancaq ümrəni yerinə yetirən şəxsə bu şərt aid deyildir.
Həcc əməli mütləq Zilhiccə ayında yerinə yetirilməlidir. Ancaq ümrənin ilin başqa zamanlarında yerinə yetirmək olar.
Hacılar həcc əməlindən əvvəl ümrənin 5 əməlini yerinə yetirməlidirlər. Bu da ümrə ilə həccin başqa bir fərqlərindən biridir.
Ümrə ilə həccin başqa bir fərqi - qurbandadır. Hacı mütləq qurban kəsməlidir, ancaq ümrə edən şəxsin qurban kəsməsi vacib deyildir.
Ümrə sadəcə müstəhəb bir əməldir. Ancaq həcc həm vacib və həm də ictimai bir ibadətdir.
Ümrə ilə həccin başqa bir fərqi budur ki, Cəmərat əməlini yerinə yetirmək hacıya vacibdir. Çünki əgər bu əməli yerinə yetirməsə, həcc əməli naqis olacaqdır.
Hər bir halda hər iki əməl ibadətdir. Sadəcə bir fərqi vardır ki, biri vacib əməldir, o birisi isə müstəhəb.