Qeydiyyat

Quran digər ümmətlərin cənnətə daxil olacağını necə izah edir?

1 178


Dünyanın insan üçün bir son olmaması və ölümdən sonra yeni bir aləmə köç etməsi və əməllərinə görə hesab verməsi etiqadı Quranın Allahı tanıtdırdığdan sonra üstündə təkidlə dayandığı ikinci əsas prinsipdir.

Bunu Quran və hədislər, həmçinin düşünən sağlam əqil sössüz təsdiq edir. Çünki heç bir şey hədəfsiz deyildir və hər bir şey zamanla öz hədəfinə doğru hərəkətdədir.

İnsan da yaşamaqla yarandığı andan Allahın onun üçün təyin etdiyi son hədəfinə doğru irəliləməkdədir. Quran insana əbədi var olacağı vədəsini verir və son məkan olaraq dayanacı yeri cənnət və cəhənnəm kimi izah edir. Həmçinin Quran cənnət və cəhənnəmi yalnız müsəlmanlara deyil bütün insanlara vəd edir:

"Onlar Nəim cənnətlərində olacaqlar,

çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),

Bir azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir." (Vaqiə-12-13-14)

Ayədən görünən budur ki, cənnət əhlinin çoxu İslamdan əvvəki ümətlərdən olacaq. Bunun səbəbi odur ki, hədislərdə 124 min peyğəmbərin gəldiyi qeyd olunur. Həm zaman etibari ilə, həm də say etibari ilə əvvəlki ümmətlərin çox olması bunu göstərir.

Ayədə "əvvəlkilər" və "axırıncılar" ifadəsi zikr olunub. "Əvvəlkilər" dedikdə sonuncu şəriət sahibi peyğəmbərə qədər olan insanlar nəzərdə tutulur. Hər bir peyğəmbərin zamanında ona iman gətirənlər və öz dövrünün şəriətinə tabe olanlar olub. Bu səbəbdən əvvəliki ümmətlərin yaxşı əməl sahibləri cənnətə, şəriətə tabe olmayanlar isə cəhənnəmə daxil olacaqlar.

"Axırıncılar" dedikdə isə sonuncu şəriət sahibi peyğəmbər (s) nəzərdə tutulur. Çünki insanlara vacibdir ki, yeni səriət göndərilənə qədər öncəki şəriətə tabe olsunlar. Sonuncu peyğəmbər və son şəriət sahibi İslam peyğəmbəri (s) olduğu üçün bütün insanlara bu şəriədə tabe olmaları vacibdir. "Axırıncılar" ifadəsində İslam peyğəmbərinin (s) zühurundan sonra dünyada olan və bu dinə tabe olanlar nəzərdə tutulur.

(Aşinaye ba Quran. Murtəza Mutəhhər)

Bütün dövürlərdə insanların mənəvi yüksəlişi və Allaha yaxınlaşması üçün yollar daima insanların üzünə açıqdır. (Təfsiri-nur)

Qeyd edək ki, Quran "əvvəlkilər" və "axırıncılar" ifadəsi ilə ümmətləri ikiyə ayırır. Sonuncu peyğəmbərdən (s) əvvəlkilər və sonrakılar. Bu da o deməkdir ki, sonuncu peyğəmbərdən sonrakı bütün insanlara o Həzrətin (s) şəriətinə tabe olmaq vacibdir.
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: