Qeydiyyat

Kəsmiyin faydaları

235


Kəsmik - insan orqanizmi üçün faydalı qidalardan biri olan, qatılaşmış süd məhsuludur. Kəsmiyin tərkibində zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin və amin turşuları, kalsium, fosfor, dəmir, maqnezium və s. vardır. Yağlılığına görə kəsmik yağlı (ən azı 18%), yarım yağlı (9%), yağsızlaşdırılmış (0,6%) növlərə bölünür.
Kəsmiyin tərkibinin heç bir toxuma, hüceyrə quruluşu yoxdur və bu da onu balıq, ət və quş kimi heyvan qidalarının zülal mənbələrindən fərqləndirir. Kəsmik "dənəcikləri" orqanizmdə asanlıqla sovrulur və demək olarki tamamilə həzm olunur.
Bu məhsul orqanizmdə xolesterolun səviyyəsini azaldır. Ən əsası isə o, orqanizmin güclü toksinlərin və ya müəyyən dərman preparatlarının təsirinə məruz qaldığı zaman qaraciyərdə yağlanmanın qarşısını alır.
Amin turşularından (zülal) əlavə, kəsmik (xüsusilə A, E, F, B2 B6 və B12) fol turşusu, kalsium, dəmir, natrium, maqnezium, mis, sink, fosfor və flüor duzları kimi vitaminləri ilə zəngindir. Məhz buna görə də, kəsmik asanlıqla həzm olunur. Hamilə qadınlar və südverən analar kəsmikdən yaxşı kalsium və digər mikroelementlər mənbəyi tapa bilməz. Körpələrə 5-7 aydan artıq kəsmik vermək məsləhət görülür. Kəsmik orqanizmin toxumalarının böyüməsi və bərpası üçün lazımlıdır. Ən əsası da sümük toxumaları üçün əvəzsizdir. Eləcə də sinir sistemi, ürək və qan dövranı üçün xeyirlidir.
Kəsmik bir qida məhsulu kimi uşaqlarla yanaşı yaşlılar üçün də lazımlıdır. Qaraciyər xəstəlikləri, ateroskleroz və hipertoniya müalicəsi zamanı olan pəhriz siyahısına daxildir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: