Qeydiyyat

Manipulyasiyanı yaxşı bacaran bürclər - Onlar insanlardan necə istifadə edirlər?

17 555


Bəzi insanlar istənilən mübahisə və problemli vəziyyətlərdən asanlıqla çıxmağı bacarırlar. Bunun üçün isə nitqlərində və davranışlarında müxtəlif manipulyasiya variantlarından istifafə edirlər. Onlar gah təhdid, gah küskünlük, gah da yalançı depressiya kimi taktikalara baş vura bilirlər. Bu cür manipulyatorluq bacarığı bürclərlə də sıx bağlıdır.

Manipulyasiyanı ən yaxşı bacaran bürclərin siyahısını təqdim edir:

Qoç

Qoçlar konstruktiv dialoqdan uzaq insanlardır. Onlar nəyi bəyənmirlərsə dərhal rəqiblərinin üzərinə hücuma keçir, dərhal şantaj və təhdid variantlarına əl atırlar. Bu cür indakarlıqları ilə qarşı tərəfi fikrindən daşındırmağa çalışan qoçların bu manipulyasiya metodu ilə mübarizə aparmaq isə çətindir.

Buğa

Əgər siz buğaların fikirləri ilə razılaşırsınızsa onların mehriban üzünü görəcəksiniz. Əks təqdirdə isə buğalar manipulyasiya metodunu işə salırlar. Bunun üçün buğalar dayanmadan öz hərəkətlərində israr edirlər. Əvvəlcə inciyir, sonra deyilənlərə məhəl qoymur, sonda əvvəlki variantlardan heç biri işə yaramadısa, sevimlisini əlavə edir: "Budur, mən yorğunam, gedirəm". Və getmir, reaksiyanıza baxır və təslim olmağınızı gözləyir.

Xərçəng

Ailə xərçənglərin qalasıdır. Əgər evlilikləri xoşbəxtdirsə xərçənglər manipulyasiyadan uzaq olacaqlar. Ailədaxili münaqişələr baş verdikdə isə xərçənglər öz sevimli variantlarını işə salırlar. Özlərini otağa qapadıb, depressiyaya düşmüş kimi davranırlar və bunda sizi ittiham edirlər. Qarşı tərəf geri addım atmayana qədər xərçənglərin depressiyası davam edir.

Qız

Yorğun iş günündən sonra ev gəldikdə ailə üzvləri onlardan nəsə istədikdə qızlar manipulyatora çevrilirlər. Onların ən yaxşı variantı isə öz guşəsini çəkilib guya çox vacib işlə məşğul olduqları təəssüratını yaratmaqdır. Belə ki, onlar bu vəziyyətdə qulaqcıqla musiqi dinləyir, kitab oxuyur ya da çox diqqətlə serial izləyirlər. Çağırışlara isə qarşı tərəf bezib, imtina edənə qədər məhəl qoymurlar.

Əqrəb

Əqrəblər məkrliliklərinə görə bürclər içərisində ilk pillənin sahibləridir. Onlar başqalarından necə istifadə etməyi bilir. Əqrəblərin planı isə belədir: əvvəlcə sizi kürsüyə qoyur, sonra gurultu ilə və izahat vermədən sizi tək qoyur. İncidiyi təəssüratını yaradır və uzun müddət sizdən uzaq qaçır. Və qarşı tərəf harada səhv etdiyini düşünməyə başlayır.
Bolme: Burcler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: