Limonun kimyəvi terapiyadan 100 dəfə güclü olduğu bildirilir.
Limon şirəsində olan maddələr şişlərin qarşısını almağa da kömək edir.
Limon xərçəng şişlərinin də yaranmasına mane olmaqla yanaşı, mikroblar, bakterial infeksiyalar və göbələk xəstəliklərini aradan qaldırır.
Vətəni qədim Hindistan torpağı olan bu meyvəni əfsanəvi hindli yoqları sağlamlığın qorunmasında universal bir vasitə sayırlar.
Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir.
Vitamin mənbəyi olan bu meyvənin müsbət təsirləri Baltimorun Tibb Elmləri İnstitutunun alimləri tərəfindən araşdırıldığı da məlumatda xüsusi qeyd olunur.
Alimlər sübut ediblər ki, kimyəvi terapiya bədxassəli xərçəng hüceyrələrini məhv edir. Lakin limon onları məhv etməklə yanaşı, sağlam hüceyrələri qidalandırır.
Limonun qələvi elementlərlə olduqca zəngin olduğu, tərkibində 8% qədər üzvi turşuların, 3%-ə qədər şəkərin, azotlu maddələrin, mineral maddələrin vitaminlərin, fitosidlərin olduğu bildirilir. Bundan əlavə, limonun qabığı və yarpaqlarında efir yağlarıda var. Gün ərzində yaşanan stress halları, zərərli vərdişlər, yanlış bişirmə üsulları ilə hazırlanmış yeməklərdən istifadə etmək, bədəndəki sərbəst radikal səviyyəsinin yüksəlməsinə səbəb olur. Antioksidant xüsusiyyətli C vitamini qaynağı olan limon, bu səviyyənin yüksəlməsinə maneə törədən və bədəndəki sərbəst radikallardan uzaqlaşdıran əsas qidalardan biridir.
Limon həm də xarici müalicəvi vasitə kimi tanınır. Onun suya qatılmış şirəsi ağız və boğazın yaxalanması üçün istifadə olunur.
Burun qanaxmalarının qarşısını almaqda, dərinin göbələk və infeksion xəstəliklərin müalicəsində, kosmetikada - xalları və çilləri yox etməkdə yenə də limon öz möcüzəli xüsusiyyətlərini nümayiş etdirir.