Qeydiyyat

Şeytanın sevimli vəsvəsəsi

536


Lənətlik şeytan Həzrət Adəmlə (ə) Həvvanı (ə) aldatmaq istəyəndə onlara ən çox istədikləri şeyi vədə verir. "Dedi: "Rəbbiniz bu ağacı sizə yalnız iki mələk olmamağınız ya (burada) əbədi qalanların zümrəsində olmamağınız üçün qadağan etmişdir"". ("Əraf" 20).
Bu gün də bu vədə davam etməkdədir. Şeytanın (lən) işi həmişə vədə verməkdir, bu vədələrin hamısı da puç və xəyalidir. Şeytanın (lən) Həzrət Adəmə (ə) verdiyi vədə isə çox vəsvəsə edən bir vədə idi. İnsan həmişə cavidan həyatın ardınca olmuşdur və şeytan (lən) da bunu bildiyi üçün, insanı bu zəif yerindən ovlayır və aldadır. "Beləliklə, onları aldadaraq hiylə-kələklə(məqamlarından) endirdi. Elə ki, həmin ağacdan daddılar, ayıb yerləri onlara aşkar oldu və onlar həmin cənnətin ağaclarının yarpaqlarını özlərinə yapışdırmağa başladılar. Rəbbləri onlara (belə) nida etdi: "Məgər Mən sizə bu ağacı qadağan etməmişdim və sizə deməmişdimmi ki, həqiqətən şeytan sizin açıq-aşkar düşməninizdir?!"". ("Əraf" 22).
Bu ayədən göründüyü kimi, şeytanın vəsvəsəsi sayəsində Adəm (ə) malik olduğu kəramətini də əldən verir.
Şeytanın (lən) vəsəvəsələri adətən tez keçən maddi ləzzətlərə görədir. Aqil insan isə tez keçən ləzzətlərin ardınca olmaz, çünki fanilik bəşərin fitrəti ilə uyğun gəlmir. Bu gün də şeytanın xidmətçiləri insanları yolundan azdırmaq üçün məhz tez keçən ləzzətlər vasitəsilə onları vəsvəsə edirlər. Hətta şeytan (lən) kimi and belə içirlər. "Və o ikisinə təkidlə and içdi ki, "həqiqətən mən sizin xeyrinizi istəyənlərdənəm"". ("Əraf" 21).
İmam Əli (ə) buyurur ki, əmmarə nəfsin ardınca getmək - çirkinliklər tələsinə düşməyə səbəb olar.
Əmmarə nəfs münafiq kimi yaltaqlanar və özünü dost kmi göstərər. İnsanı aldadıb, ona hakim olar. Bu nəfs insanı ancaq günaha dəvət edər. İnsanların əksər hissəsi də ona təslim olarlar. "(Yusuf, yaxud Əzizin zövcəsi dedi:) "Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla(insanın) nəfs(i) daim pisliyə əmr edəndir". ("Yusif" 53).
Bu ayədən göründüyü kimi, bütün pisliklərin səbəbkarı - həmin üsyankar nəfsdir. Bu mərhlələdə ağıl və iman belə, onun öhdəsindən gələ bilmir.
İmam Əli (ə) buyurur: "Nəfs - davamlı olaraq itaətsizlik və günah istəyəndir".
Əgər insan əmmarə nəfsinin ardınca getsə və Allahdan qəflət etsə, İlahi təkamül yolundan süqut edər, necə ki, Bəl'əm Bauranı süqut etdirmişdi. O, nəfsinə təslim olur və uca məqamından süqut edir və Allah onu itə bənzədir. "Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin". ("Əraf"176).
O, elmindən inkişaf etmək üçün istifadə etmək yerinə, əksinə, alçalmaq üçün istifadə edir. Ona görə də Allah onu itə bənzədir. O, nəfsinin susuzluğu nəticəsində dünyaya o qədər bağlanır ki, hər nə qədər əldə etsə də, ona kifayət etmir.
Allah Təala bizləri şeytanın bu təhlükəli vəsəvəsələrindən amanda saxlasın və əmmarə nəfsimizə məğlub olmağa qoymasın.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: