Qoç
İddialı və qərarlı qoçlar üçün qırmızı ən ideal rəngdir. Xüsusilə də, qırmızının açıq tonları qoçların xarakterinə daha uyğundur.
Buğa
Yaşıl rəng buğalar üçün özgüvəni, təbiəti və pulu təmsil edir. Sakit və səbrli buğalar üçün yaşıl rahatlığı simvolizə edir.
Əkizlər
Hərəkətli və enerjili əkizlər üçün sarı rəng günəşin, yəni enerjinin simvoludur.
Xərçəng
Sakit, duyğusal xərçəngləri ağ rəng daha çox cəlb edir. Çünki ağ xərçənglərin axtarışında olduğu səmimiliyi və saflığı xarakterizə edir.
Şir
Qürurlu və özgüvənli şirlərin sevimli rəngi narıncıdır. Günəşin təsiri altında olan bu bürcün nümayəndələri narıncı rənglə diqqətləri öz üzərlərinə çəkirlər.
Qız
Ağıllı və praktika adamı olan qızları torpağın rəngi olan qəhvəyi təmsil edir.
Tərəzi
Dəqiq, qərarlı tərəzilərin rahatlığını və sakitliyini simvolizə edən rəng çəhrayıdır.
Əqrəb
Soyuqqanlı olduğu qədər şübhəci olan əqrəblərin sevimli rəngi qaradır.
Oxatan
Bənövşəyi oxatanları simvolizə edir. Çünki azad ruhlu və şanslı oxatanlar öz xarakterlərini bənövşəyi rəngdə tapırlar.
Oğlaq
Özündən əmin, güclü və sadə oğlaqların xarakterinə boz rəng uyğun gəlir.
Dolça
Yaradıcı, dostpərvər dolçalar üçün göy rəng idealdır. Göyün müxtəlif tonları onların dənizə olan bağlılıqlarını təmsil edir.
Balıq
Duyğusal, qayğıkeş və romantik balıqların isə xarakterinə ən uyğun rəng mavidir.