Qeydiyyat

İmam Cavadın nurani kəlamları...

444


İmam Cavadın (ə) nurani kəlamları...İmam Cavad (ə) buyurur:

"Mömin hər bir halda üç sifətə ehtiyac duyur: Allah Təala tərəfindən olan tövfiqə, daxili moizə deyənə, onu nəsihət edənin nəsihətini qəbul etməyə".

"Yaxşı dost və qardaşlarla görüşmək qəlbin səfasına və nuraniliyinə səbəb olar. Ağlın və dərkin çiçəklənməsinə səbəb olar, baxmayaraq ki, qısa zamanda olsa belə".

"Şər insanlarla dostluq etməkdən ehtiyat et. Çünki o, zəhərə bulaşmış parlaq qılınc kimidir ki, zahiri gözəldir, təsiri isə çirkin və təhlükəlidir".

"Hər kim vəziyyəti tanıyan olmazsa, cərəyanlar onu oğurlayar və həlak edər".

"Səbəb olmadan bir başqasını danlamaq - narahatlıq və qəzəbə səbəb olar, o halda ki, onların razılığını da əldə etməyəcəkdir".

"Ən fəzilətli və dəyərli ibadətlər odur ki, xalis və riyasız olsun".

"Möminin izzət və şəxsiyyəti - ehtiyacsızlıqda və başqalarının mal və həyatına tamah etməməyin ardındadır".

"O kəs ki, Allah Təalanın razılığını istəyər, zalım düşmənlər ona ziyan vura bilməzlər".

"Elə ki, cahil və təcrübəsiz insanlar sakit olar, insanlar mübahisəyə düçar olmazlar".

"Hər kim pis işi tərifləyər və təsdiq edər, onun cəzasında şərik olar".

"O nemət və xidmət ki, şükür və təşəkkür olunmaz, o xataya bənzəyir ki, bağışlanıla bilməz".

"Təvazökarlıq - elm və biliyə zinət verər. Ədəbə malik olmaq və gözəl əxlaq - ağıla zinət verər. İnsanlarla gülərüz olmaq - səbir və mülayimliyə zinət verər".

"Hər kim namazının rükusunu kamil və düzgün yerinə yetirər, qəbrin dəhşəti ona daxil olmaz".

"Üç sifət məhəbbəti cəlb edər: insanlarla rəftarda insaf, onların çətinliyində həmdərd olmaq, mənəviiyatla birlikdə və həmdəm olmaq".

"Tövbənin qəbul olmaq şərti dörd şeydir: qəlb peşmançılığı, dil ilə istiğfar etmək, Haqqullah və haqqun-nasa aid olan günahı cubran etmək, həmin günaha düçar olmamaq üçün ciddi qərara gəlmək".

"Üç şey yaxşı əməl sahiblərinin işlərindəndir: İlahi vacibatı yerinə yetirmək, günahları tərk etmək, dini əhkama riayət etmək".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: