Qeydiyyat

Yaxşılığa əmr və pisliyə qadağanı tərk etməyin nəticələri

333


وَاتَّقُوا فِتْنَةً لَا تُصِيبَنَّ الَّذِينَ ظَلَمُوا مِنْكُمْ خَاصَّةً وَاعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

"Elə bir bəladan qorxun ki, o, sizlərdən təkcə zalım olanlara üz verməz (hamınızı bürüyər). Bilin ki, Allah şiddətli cəza verəndir." (Ənfal, 25).

İzah: Qeyd etdiyimiz kimi yaxşılığa əmr və pisliyə qadağa cəmiyyətdə dinin hakim olması və imanın güclənməsi üçün iki mühüm təməldir. Buna görə də bu iki fərzi tərk etmək dini mətnlərdə də qeyd olunduğu kimi, İslam cəmiyyətinə dağıdıcı zərbələr vurur.

Bu acı nəticələrin ən mühümü ilahi əzabın nazil olması və ilahi rəhmətin İslam cəmiyyətindən götürülməsidir. Elə bir əzab ki, tək günahkarları yox, hətta möminləri tutacaqdır.

Çünki onlar öz dini vəzifələrini yerinə yetirməkdə, başqalarını məlumatlandırmaqda və yönləndirməkdə səhlənkarlıq etmişlər. İslam peyğəmbəri (s) gözəl və ifadəli bir hədisdə cəmiyyətdə bir günahkarın olmasını məlumatsız fərdə bənzətmişdir.

Hansı ki, bir qrup sərnişinlə birlikdə bir gəmiyə minmiş və öz oturduğu yeri deşməklə məşğuldur. Əgər başqaları onu bu təhlükəli əməldən çəkindirməsələr, çox keçmədən hamısı qərq olacaq.

Hədis: İslam peyğəmbəri (s): "Ya (insanları) yaxşılığa çağırır, pislikdən çəkindirirsiniz, ya da ilahi əzab hamınızı tutur." (İmam Həsən Əsgəriyə (ə) isnad olunan təfsir, səh. 480, hədis: 307).
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: