Qeydiyyat

Təkəbbür insanı bu cür kor edə bilir

353


Əhli-Beytdən (ə) gələn hədislərin birində nəql edilir: "Gecələrin birində Əbu Cəhl, Vəlid ibni Müğeyrə ilə birlikdə Kəbə evini təvaf edirdilər. Təvaf edən halda Həzrət Peyğəmbər (s) haqqında danışırdılar.

Əbu Cəhl deyir: "Allaha and olsun ki, Muhəmmədin (s) doğru danışan olduğunu bilirəm".

Vəlid ona deyir: "Sakit ol, sən bu sözləri niyə deyirsən?".

Əbu Cəhl deyir: "Biz onu uşaqlıqdan və cavanlıqdan doğruçu və əmin kimi tanıyırıq. Heç mümkündürmü ki, ağlı inkişaf etdikdən sonra yalançı və xain olsun?".

Sonra sanki özünə gəlib dedi: "İstəyirsən ki, Qureyşin qızları eşitsinlər və desinlər ki, mən məğlub olmaq qorxusuna görə təslim olmuşam? And olsun Lat bütünə, onun heç bir zaman ardıcılı olmayacağam".

Elə bu zaman "Casiyə" surəsinin bu ayəsi nazil olur. "Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?". ("Casiyə" surəsi, ayə 23).

Bəli, təkəbbür insanı bu cür kor və kar edir".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: