Qeydiyyat

İslam dini varlıq baxımından qadınla kişi arasında fərq qoymur

357


İslam dini ən aktual təlim olaraq, insanı səadətə tərəf hidayət edir, qadınla kişiyə xəlq və varlıq baxımından fərq qoymur. Sadəcə vəzifələr baxımından fərqlidirlər.

Qadınla kişi xilqət baxımından fərqlənmirlər. Qürb və bəndəlik məqamını əldə etməkdə də aralarında fərq yoxdur. Qadınlar da kişilər kimi siyasi və ictimai rola malik ola bilərlər.

Qadınla kişinin xilqət baxımından fərqlənmədiyinə aid ayələrə nəzər salaq. "O, yaratdığı hər şeyi gözəl yaratmışdır (onun üzvlərini bir-birinə və bütünlükdə isə onu yaradılış məqsədinə mütənasib etmişdir) və insanın yaradılışına palçıqdan başladı (insanların ulu baba və nənəsini birbaşa olaraq, möcüzəli tərzdə palçıqdan yaratmışdır)". ("Səcdə" 7).

"Şübhəsiz, Biz insanı(n ulu baba və nənəsini) gilin cövhərindən (ruh üfürməklə və ona möcüzəvi şəkildə can verməklə) yaratdıq". ("Muminun" 12).

"Həqiqətən, Biz bunları yapışqan bir palçıqdan yaratdıq (Xilqətdə daha zəifdirlər, itaətsizlikdə isə daha qüvvətlidirlər)". ("Saffat" 11).

"Şübhəsiz, Biz (ilk) insanı qoxumuş palçıqdan götürülmüş quru, çiy və səs çıxaran (insan surətinə düşmüş) gildən yaratdıq". ("Hicr" 26).

"(İlk) insanı (Adəm və Həvvanı yerin üfunətli qatından götürülmüş) saxsı kimi quru gildən yaratdı". ("Rəhman" 14).

İnsanın xilqət təkamülünə işarə edən ayələr də ümumi xarakter daşıyır.

"Şübhəsiz, Biz insanı(n ulu baba və nənəsini) gilin cövhərindən (ruh üfürməklə və ona möcüzəvi şəkildə can verməklə) yaratdıq. Sonra onu(n nəslini) nütfə (torpağın maddələrinin cövhəri) şəklində möhkəm bir yerə (ana bətninə) qoyduq.

Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik.

Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!". ("Muminun" 12-14).

Allah insanı xəlq etdikdən sonra ona Öz ruhundan üfürür və bu ayələrdə də qadınla kişi arasına fərq qoyulmur. Yəni, əsl meyar insanlıqdır, cins deyildir.

"Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən çoxlu kişi və qadın (törədib) yaydı". ("Nisa" 1).

"Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik". ("Hucurat" 13).

Bütün bu ayələrə nəzər salanda görmək olur ki, qadınla kişinin xilqətində heç bir fərq yoxdur. Hər ikisi eyni maddədən yaradılmışdılar. Hər iksinin təkamül yolu da eynidir. Hər ikisi də İlahi Ruhdan bəhrələnir.

Həmçinin qadınla kişinin bəndəlik və İlahi qürbə çatmaq məqamında da fərq yoxdur. Bəndəlik insanları bir-birinin ayıran və üstün edən meyarlardandır.

Allah yanında ən sevimli bəndə - təqvalı insandır, fərqi yoxdur ki, qadın olsun, yoxsa kişi. "Şübhəsiz, Allah (kəlmeyi-şəhadət deyərək əməldə dinə təslim olan) müsəlman kişilər və qadınlar, (İslamın üsuliddininə və füruiddininə qəlbən etiqad bəsləyən) mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!". ("Əhzab" 35).

"Mömin kişi və qadınların nurlarının qabaqlarında və sağ tərəflərində irəlilədiyini görəcəyin gün, (onlara) "bu gün sizə altından çaylar axan, əbədi qalacağınız cənnət və bağlarla müjdə olsun". ("Hədid" 12).

Allah yanında insanlar əməllərinə görə fərqlənirlər, cinslərinə görə deyil. "Bax gör (maddi və mənəvi nemətlər baxımından) onların bəzisini bəzisindən necə üstün etmişik və əlbəttə, axirət dərəcələr və üstünlüklər baxımından daha böyükdür". ("İsra" 21).

"(Mömin və kafirlərin) hər biri üçün etdikləri əməllərindən qaynaqlanan (iman və küfr, səadət və bədbəxtlik, mükafat və cəza) dərəcələr(i) vardır. (Bu davranış bir sıra səbəblərə görə) və Allahın onların əməllərini(n əvəzini və ya gerçək təzahürünü) onlara kamil şəkildə verməsi üçündür. Və onlar əsla zülmə məruz qalmazlar, savabları kəsilməz yaxud cəzaları artırılmaz". ("Əhqaf" 19).

"Şübhəsiz, iman gətirib yaxşı işlər görən kəsləri Rəbbi imanlarına görə (Öz yanına) hidayət edər (və axirətdə) nemət dolu bağlarda onların (ağaclarının və saraylarının) altından çaylar axar". ("Yunus" 9).

"Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün (axirət aləmində) nə bir qorxu var və (onlar) nə də qəmgin olarlar. O kəslər ki, iman gətirib həmişə (günahlardan) çəkinirdilər. Onlar üçün dünya həyatında və axirətdə müjdə vardır". ("Yunus" 62-64).

Bütün bu ayələrdən belə nəticəyə gəlmək olur ki, Quranın qadının xilqətinə baxışı mütərəqqidir. İndiyə qədər elə bir məktəb olmamışdır ki, qadına bu qədər dəyər versin.

Halbuki, dinimizin düşmənləri bu həqiqəti başqa bir çirkin cilvədə bəşərə çatdırmağa çalışırlar. İslam dini qadına həmişə dəyər vermiş və verməkdədir də.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: