Türkiyəli aktrisa Tuba Ünsal "BluTv"də yayımlanan "40" proqramına qonaq olub.
Boşanma ərəfəsində olan iş adamı Caner Karaloğluyla eşq yaşadığı üçün uzun müddət medianın gündəmində olan aktrisa "Yuva dağıdan qadın olmusan" sualından sonra göz yaşlarına hakim ola bilməyib:
"Heç vaxt. Çox da qorxuram. Nə desəm də boşdur, mənim içim rahatdır. Heç kimin evini dağıtmamışam, ərini əlindən almamışam. Belə olmasaydı, məhkəmə də cəza verərdi. Şikayət geri alınmazdı. Yalan desəydim, bu məsələdən tər-təmiz çıxardım. Məndən soruşanda tanıyıram dedim".
Qeyd edək ki, Canerin modelyer həyat yoldaşı Elisabeth Masla aktrisa məkanların birində qarşılaşıb, mübahisə yaşamışdı. Tərəflər biri-birindən şikayətçi olmuşdu. Ünsal hadisədən sonra münasibətini sonlandırmış, cütlük isə barışmışdı.