Gündəlik Bürclər 18.06.2022 - ( 18 iyun 2022 Günlük Bürclər)
Gündəlik Bürclər 18.06.2022 - ( 18 iyun 2022 Günlük Bürclər),
Günün qoroskopu: Gəlirlər, dəyərli hədiyyələr istisna deyil.
dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - gün pis olmasa da, yetərincə narahatdır. Qarşıya qoyulan məqsədlərə çatmaq, yolda yaranan maneə və sədləri dəf etmək asan deyil. Yardım üçün kimə müraciət edəcəyinizi bilmirsiniz. Belə vurnuxmalar, çaş-başlıq sizi narahat edir.
Günün ikinci yarısında emosiyaların əsiri olmayın. Yaxın ətrafınızdakı insanlara meydan oxumayın, aqressiv davranmayın. Belə hərəkətlər yaxşı heç nə vəd etmir. Maliyyə məsələlərini həll etmək, alış-veriş və anlaşmalar üçün əlverişli zaman deyil.
Pulunuzun düşməni olmayın.
Buğa - günün ilk yarısı pis keçməyəcək. Yeni işlərə başlamaq, əvvəl başlanmış işləri bitirmək olar. Təcili həllini tələb edən problemlər asan deyil. Lakin sınanmış müttəfiqlər, etibarlı dostlar yardımlarını əsirgəməyəcəklər.
İşgüzar duyumunuz iti olsun. Bizneslə bağlı qərarlarda kobud səhvlərə yol verməyin.
Günün ikinci yarısı problemlərin sayını artıracaq. Şəxsi münasibətlər zəminində çətinliklər yarana bilər. Axşam saatlarına yaxın hadisələr sizin əminlik və nikbinliyinizi azalda bilər. Yanınızda sizi dəstəkləyəcək insan olarsa, pis deyil.
Əkizlər - önəmli və yaxşı gündür. Ciddi maliyyə problemlərini həll etmək, peşəkar fəaliyyət müstəvisində köklü dəyişikliklərə nail olmaq mümkündür.
İşdə karyera barədə düşünün. Bir qədər səy göstərsəniz, arzuladığınız işə nail olacaqsınız. Daşınmaz əmlak və ya kommersiya ilə məşğul olursunuzsa, sərvaxt davranın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Amma yeniliklər o qədər də önəmli deyil. İrəliləmək istəyirsinizsə, təşəbbüskar, inadkar olun.
Xərçəng - ağır gündür. Ciddi səylər tələb edən mühüm və ağır işləri təxirə salsanız, müdrik davranarsınız. İzafi diqqət tələb edən məsələlərdə yanlışlıq şansı çoxdur. Ağır işlər nə qədər az olarsa, özünüzü bir o qədər yaxşı hiss edəcəksiniz. Cari və rutin məsələlərin bəzilərinin həllini yaxın ətrafınızdakı insanlara həvalə etmək olar.
Günün ikinci yarısında səbirsiz, inadkar, qıcıqlı olmayın. Sonradan bu günün hadisələrini təhlil edəndə özünüzə təəccüblənə bilərsiniz. Çünki bugünkü davranış sizə xas deyil.
Amma çox qəmlənməyin. Hər halda məhz sərt olmağınız bəzilərinin boşboğazlığına son qoya bilər.
Şir - sayıq olun. Xırdalıqlarla detallara fikir verin. Ətrafınızdakı insanların diqqət vermədikləri faktları nəzərdən qaçırmayın. Son vaxtlar yaşamınızda baş verən xoşagəlməz hadisələrin real məzmununu anlamaq imkanları yaranıb. Prioritetlərlə dəyərləri saf-çürük edin. Yeni maraqlar formalaşa bilər.
Günün ikinci yarısında işgüzar səfər və ya səyahət pis alınmayacaq. Peşəkar fəaliyyət müstəvisində yaranan problemləri həll etməkdə sizə yardımçı olacaq insanlar tapın. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər ehtimalı azdır.
Qız - maraqlı, uğurlu və parlaq gündür. İşdə irəliləyişə nail ola bilərsiniz. Maliyyə məsələlərində sərvaxt olun, yaranan şanslardan maksimum istifadə edin. İşgüzar danışıqlar pis keçməyəcək. Opponentlərinizin dəyişməz mövqe tutduqlarını düşünsəniz də, mövqelərinizdən geri çəkilməyin.
İntuisiyanıza güvənin. Hisslərə qapılmayın, emosiyaların təsiri altında hərəkət etməyin. Belədə dəyər verdiyiniz insanla münasibətləri bərpa edə bilərsiniz. Bilik və informasiyaların artırılması üçün pis vaxt deyil. Əldə etdiyiniz məlumatdan bəhrələnin.
Tərəzi - fəaliyyətdə ehtiyatlı olun. İşlərdəki problemlər məzmun baxımından ciddidir. Onları təkbaşına çözəndə səy göstərməli olacaqsınız. Etibar etdiyiniz insan yanınızda deyil. Şübhəli avantüralara qatılmayın. İntriqa və risklərdən uzaq olun.
Həddən ziyadə şübhəli olsanız, dostlar və tərəfdaşlarla münasibətlərinizdə sərinlik yarana bilər. Nüfuzlu insanlarla təmaslar üçün münasib gün deyil. Ciddi məsələlərin müzakirəsini ertələyin.
Əqrəb - çətinliklərdən xali olmayan gündür. Lakin ruhdan düşməyin, bədbinliyə qapılmayın. Sizi maraqlandıracaq işlər, həllini tələb edən yeni məsələlər tapın. Pis fikirləri unudun. İşgüzar danışıqlar pis keçməyəcək, məhsuldar olacaq. Mövqeləriniz barədə qarşı tərəfə təfərrüatlı şəkildə bəhs edin.
Günün ikinci yarısında yenilikləri əxz etməyi, biliklərinizi genişləndirməyi, təcrübənizi artırmağı unutmayın. Karınıza gələ biləcək məlumat alacaqsınız. Səfər və ya səyahət uğurlu olacaq. Yeni təəssüratlar sizi real addımlara və qəti qərarlara sövq edir.
Çoxdan bəri planlaşdırdığınız işi həyata keçirməyə başlayın.
Oxatan - səhər saatları mühüm işlər, önəmli görüşlər və danışıqlar üçün münasibdir. Tərəddüd etmədən irəliləyin, məqsədə çatmağa çalışın. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Problemlərin həllini təxirə salmayın.
Günün ikinci yarısında kiçik problemlər sizdə çaşqınlıq yaratmasın. Bədxahlar sizə çox ağır zərbə vurmaq istəyirlər.
Axşam saatlarına yaxın ünsiyyətlərdə sayıq olun. Təmaslarda sərvaxt davranın, ehtiyatı əldən verməyin.
Səmimiyyət, açıqlıq və sözü üzə demək yanlış dəyərləndirilə bilər.
Oğlaq - yeni işlərə başlamaq üçün əlverişli zamandır. Yaradıcıldıq potensialının səviyyəsi yüksəkdir. Yeni ideyalar az deyil. Niyyətinizi reallaşdırmaq üçün yaxşı imkanlar var.
Lider məziyyətlərinizi nümayiş etdirin. Yaxın ətrafınızdakı insanlar sizə can atacaqlar. Uğurlu, fəal, qətiyyətli olun.
Günün ikinci yarısında münasibətlər maraqlı və dolğun ola bilər. Həyatınızda xeyli əvvəl yaşanmış hadisənin əks-sədasını hiss edəcəksiniz.
Şübhələr və nigaranlıq əhvalınızı korlamamalıdır.
Dolça - gün sizi mürəkkəb problemlərlə qarşılaşdırsa da, onların öhdəsindən gələcəyinizə şübhə etməyin. Köhnə dostlar, yeni tanışlara yardım üçün müraciət etsəniz, yanılmayacaqsınız. Ağıllı olun, emosiyalara uymayın.
Bədxahlardan biri xəbəriniz olmadan sizi smartfonu ilə çəkə bilər. Onun niyyəti çirkin və məkrlidir.
Gəlirlər, dəyərli hədiyyələr istisna deyil.
Günün ikinci yarısı dostlarla görüş, həmkarlarla qeyri-rəsmi şəraitdə ünsiyyət üçün pis deyil. Romantik münasibətlərlə bağlı tələskənliyə yol verməyin. Bu sahədə uğur gözləməyin.
Axşam saatlarında ailədə kəskin mübahisə yarana bilər.
Balıqlar - səhər saatlarında çətinliklər yarana bilər. Lakin saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Mahiyyət etibarilə uğurlu gündür. Qətiyyətli olun, qarşınıza qoyduğunuz məqsədlərdən geri çəkilməyin. Hətta ən çətin, mürəkkəb situsiyada yolunuzdan sapmayın.
Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın. Əvvəlcədən hazırlanmış plana riayət edin.
Axşam saatlarına yaxın müsbət emosiyalar olacaq. Yaxşı xəbərlər alacaqsınız. Bəzi hadisələr sizi mühüm addımlar atmağa vadar edəcək. Yaxınlarla dil tapmaq çətin olsa da, ciddi münaqişə və qarşıdurmaların səbəbkarı olmayın.
Bolme: Burcler
Taglar: Gündəlik Bürclər Günlük Bürclər Bürclər Günün qoroskopu Günün Bürcləri Burcler Gundelik Burcler Gunluk Burcler Gunun Burcleri Burc
Fikirler (0)
Fikir Yaz
Oxsar Xeberler: