Gündəlik Bürclər 13.06.2022 - ( 13 iyun 2022 Günlük Bürclər)
Günün qoroskopu: ciddi planlardan birinin reallaşdırılmasına başlaya bilərsiniz.
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - ünsiyyət üçün əlverişli gündür. Uğurlu işgüzar təmaslar ola bilər. Mövqelərinizi təmkinlə, aramla müdafiə edin. Dediklərinizə şübhə edənlər belə, haqlı olduğunuzu etiraf etmək məcburiyyətində qalacaqlar. Maliyyə məsələlərini müzakirə və həll etmək olar. Alış-veriş üçün münasib zamandır.
Günün ikinci yarısı romantik görüş, səfər üçün pis deyil. Sevdiyiniz insanla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Nikbin olun. Yaşlı qohumlarınız sizinlə razı deyil. Adi günlərdən fərqli olaraq onlar işlərinizə və yaşamınıza daha çox müdaxildə edir, bəzən kobud davranırlar.
Buğa - işdə problemlər istisna deyil. Həmkarlarınızla fikir ayrılıqları əhvalınızı pozacaq. Bütün diqqəti işə yönəldin,vaxtınızı fövtə verməyin. Ən sadə və primitiv məsələlərin həllində ciddi səhvlərə yol verməyin.
Günün ikinci yarısında maliyyə itkiləri riski var. Alış-veriş etmək, bahalı əşyalar almaq məsləhət deyil.
Dəyər verdiyiniz insanla axşam saatlarında problemlər yarana bilər. Qəfil vizit, planlaşdırılmamış görüş istisna deyil.
Dəvət aldığınız tədbirə qatılsanız, yorulacaq, usanacaqsınız.
Əkizlər - müsbət təmayüllərin təsiri artır. Gün xoş sürprizlər vəd edir. İşdə ciddi inkişaf ola bilər. Maraqlı işgüzar təkliflər alacaqsınız. Anlaşma və sövdələşmələr gəlirlərinizi artıracaq.
Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyiş ola bilər. Yaxınlarınızla dil tapın, yeni tanışlarla təmaslarda həssas və diqqətli olun. Alış-veriş üçün münasib zamandır. Sevdiyiniz insan romantik görüşdə sizi sevindirməyə çalışacaq.
Xərçəng - yeni ideyalar yaranacaq. Onların çoxu pis deyil. İşlərin bəziləri ciddi səylər tələb etsə də, yaxınlarınız sizi dəstəkləyəcəklər. Yeni layihələrə başlamaq üçün münasib zamandır. Yaşam tərzində dəyişikliklər etmək, zərərli vərdişlərdən əl çəkmək olar.
Günün ikinci yarısında diskomfort, rahatsızlıq hissləri minimum olacaq. Karyerada irəliləyiş şansı yaranıb. Amma yeni tapşırıqlar çox vaxt alacaq. Şəxsi problemlərin arxa plana keçməsinə hazır olun.
Şir - aqressiv, inadkar olmayın. Sizə bağlı olan insanlar belə, kənar durmağa çalışacaqlar. Düşünülməmiş addımlar və tələsik qərarlar işlərə ağır zərbə vura bilər. Soyuqqanlı olun, təmkinli davranın. Mənfi emosiyaların əsirinə çevrilməyin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləri normallaşdırmağa çalışın.
Maliyyə çətinlikləri istisna deyil. Bel bağladığınız anlaşma və ya sövdələşmələr baş tutmaya bilər. Sənədləşdirmə, məmurlarla ünsiyyət, dövlət orqanlarına yollanmaq üçün əlverişli zaman deyil.
Qız - maliyyə məsələlərində ehtiyatlı olun. Pullarınızın qədrini bilin. Nəzərdə tutulmamış, mənasız xərclər sizi ağır duruma sala bilər. Peşəkar məsələlərin həlli adi günlərlə müqayisədə daha ağır ola bilər. Əvvəllər həvəslə yerinə yetirdiyiniz işlər indi cansıxıcı təsir bağışlayır.
Günün ikinci yarısında işləri təxirə salmayın və ya başqalarına tapşırmayın.
Yaşamınızda önəmli rol oynayan insanlarla təmaslarda diqqətli olun. Harmoniya və qarşılıqlı anlaşmanı qoruyun. Nəticələr kiçik olsa da, ruhdan düşməyin.
Tərəzi - çətin və mürəkkəb gündür. Emosional fon stabilliyi ilə fərqlənmir. Sizi təbdən çıxarmaq istəyənlər yetərincədir. Təxribatlara uymayın. Gərəksiz və mənasız etimada qapılmayın. Maliyyə itkiləri, uğursuz anlaşmalar istisna deyil.
Günün ikinci yarısında alış-verişə yollanarkən şopinqin əhvalınızı yaxlışadıracağını düşünməyin. Bu, xərcdən savayı bir nəsnə deyil.
Yaradıcılıq potensialınızı nümayiş etdirin, dünyagörüşünü artırın. İndiyədək büruzə vermədiyiniz bacarıqlarınızı göstərə bilərsiniz.
Əqrəb - yeni təəssürat və hisslər istəyi sizi qeyri-adi addımlar atmağa vadar edə bilər. Gün parlaq, yaddaqalan olacaq. Karyeranızda inkişafla bağlı qərar qəbul etməyin zamanıdır. Yeni müttəfiqlər və tərəfdarlar tapa biləcəksiniz.
Yaşam potensialınız yüksəkdir.
Günün ikinci yarısında əvvəlki vaxtlarla müqayisədə daha çox çalışmalı olacaqsınız. Buna rəğmən yorulmayacaqsınız.
Axşam saatlarında dəvət aldığınız tədbirə qatıla bilərsiniz. Nəzərdə tutulmamış səfərlər istisna deyil.
Oxatan - peşəkar fəaliyyət sahəsi ilə bağlı məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Rəğbət bəslədiyiniz insanlarla yeni əməkdaşlığa başlamaq olar. Danışıqlar, məsləhətlər, müzakirələr pis keçməyəcək.
Günün ikinci yarısında diskussiya nəzərdə tutulan vaxtdan daha artıq zaman alacaq. Planlaşdırılan işləri təxirə salmayın.
Alış-veriş üçün münasib zamandır. Geyim, aksessuar, bəzək almaq olar. Romantik görüşlər və təmaslar pis keçməyəcək. Sevdiyiniz insanı sevindirin.
Oğlaq - müsbət təmayüllərin təsiri artır. Peşəkar fəaliyyət müstəvisində dəyişikliklər olacaq. Maliyyə və əmlak məsələlərini təxirə salmadan həll edin.
Gəlirlər artacaq. Müstəqil şəkildə kommersiya fəaliyyəti ilə məşğul ola bilərsiniz. Planlarınız və ələlxüsus da uğurlarınız barədə yaxın ətrafınızdakı insanlara danışmağa tələsməyin. Paxıllıq hissi rəqiblərinizi artıra bilər.
Günün ikinci yarısında yaşam potensialı yüksəkdir. Səhhətinizdə ciddi problemlər olmayacaq. Həyəcan və ya nigaranlığın heç bir əsası yoxdur.
Dolça - ciddi planlardan birinin reallaşdırılmasına başlaya bilərsiniz. Rutin işləri və gündəlik qayğıları bütünlüklə unutmaq mümkün deyil. Yaxınlarınız və dostlarınız sizi dəstəkləyəcəklər. Zərurət yaranarsa, yardım istəməkdən çəkinməyin.
Günün ikinci yarısında məsləhətləri qulaqardına vurmayın. Anlaşmalar, müzakirələr, sövdələşmələr üçün münasib zamandır. Maliyyə məsələləri ilə bağlı danışıqlar aparmaq olar. Axşam saatlarını yaxınlarınızla xoş təmaslara həsr edin. Rahat istirahəti seçin, səs-küylü məkanlardan uzaq durun.
Balıqlar - peşəkar fəaliyyət müstəvisində qarşınızda yeni perspektivlər yaranır. Yeni iş yerində fəaliyyətə başlamaq, yaxud da potensial sifarişçi ilə danışıqlar aparmaq olar. Bu gün tanış olacağınız insanlar ünsiyyətdə maraqlı olmaqla yanaşı, işgüzar layihələr baxımından sərfəli insanlardır.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərin harmonik olmasına çalşıın. Son vaxtlar yaranan problemlərin həllini ertəmələyin. Bütün tərəfləri razı salacaq çözüm variantını tapmaq olar. Yaşam potensialı yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.