Əsbəğ ibni Nəbatə nəql edir ki, Əmirəl-möminin (ə) buyurmuşdur: "Allah Təala Həzrət Musaya (ə) vəhy eidr: Ey Musa! Mənim dörd şey barəsindəki nəsihətimi yadda saxla:
1. O zamana qədər ki, günahlarının bağışlanmasını bilmirsən, başqalarının eybi ilə məşğul olma.
2. O zamana qədər ki, Allahın xəzinəsinin bitdiyini bilmirsən, ruzinin qəmini yemə.
3. O zamana qədər ki, Mənim mülk və padşahlığımın əldən getdiyini bilmirsən, başqasına ümidvar olma.
4. Şeytanın ölüsünü görməyənə qədər, məkrindən amanda olma".
Allah Təala bizləri bu həqiqətləri dərk edənlərdən qərar versin, inşəallah.