"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.
İstanbul təmsilçisi "Santa Klara"dan Linkoln Henrikeni transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
"Fənərbaxça" braziliyalı üçün Portuqaliya klubuna 3,5 milyon avro ödəyəcək.