Qeydiyyat

Püstənin faydaları

446


Püstə həmişəyaşıl püstə ağacının meyvəsidir. Bəzən onun ağacları yarpaqlarını dəyişə bilir. O sumaxkimilər fəsiləsinə aiddir. Püstə ağacları daha çox subtropik və tropik bölgələrdə yetişir. Püstə ağaclarına ən çox Aralıq dənizi bölgələrində, Şimal-Qərbi Afrikada, Qərbi, Şərqi və Orta Asiya ölkələrində rast gəlinir. Püstə ağacının dişi və erkək növü ayırd edilir. Onun uzunsov meyvələri sərt qabığın içərisində olur. Püstənin xüsusi dadı və özünəməxsus qoxusu olur. Püstəni xoşlayanlar onu öz həyətlərində də yetişdirirlər. Bu zaman isə ağacın meyvələrini toplamaq üçün 7-10 il gözləmək lazım gəlir. Ağac ən maksimal miqdarda meyvəsini əkildikdən 20 il sonra verir. Onun kökü 15 metr dərinliklərə qədər uzana bilir. Püstə yüksək kalorili meyvələrdəndir. Onun 60%-ni yağlar, 18%-ni zülallar və karbohidratlar, müxtəlif vitaminlər, mikroelementlər və aminturşular təşkil edir. Püstənin tərkibində çoxlu miqdara E vitamini var. Püstənin tərkibində olan antioksidantlar və bioloji aktiv maddələr orqanizmin cavanlaşmasına səbəb olur. 100 qram püstənin qida dəyəri:
- Zülallar - 20,8 qr
- Yağlar - 51,6 qr
- Karbohidratlar - 16,4 qr
- Kalori - 642 kKal.
Püstə ləpəsinin tərkibində tanin maddəsi vardır ki, bu maddə yanıqların, yaraların sağalması üçün çox faydalıdır. Püstədə olan qlikozidlər və alkoloidlər orqanizmdən ağır metal zəhərlənmələrinin xaric olunmasını sürətləndirir. Xalq təbabətində püstədən vərəm və ağciyər xəstəliklərinin sağalmasının sürətlənməsi üçün istifadə edilir. Püstənin tərkibində olan marqanes, B6 vitamini, zülallar, liflər və fosfor orqanizm üçün çox faydalıdır. Toronta universitetinin alimləri püstənin digər qidalarla qəbul edilməsini araşdırarkən sahid olmuşlar ki, yüksək qlikemik indeksi olan qidalarla(məs. çörəklə) püstənin qəbul edilməsi qanda şəkərin miqdarının artmamasına səbəb olur. Bu zaman alimlər qanda hormon aclığını aradan qalxdığını da aşkar etmişlər. Bu da püstənin şəkərli diabet xəstələri üçün lazımlı qida vasitəsi olduğunu sübut edir. Püstənin tərkibində olan yağların 90%-i faydalı yağlardır. Dietoloqlar püstəni orqanizmi sağlam saxlamaq üçün ən yaxşı vasitələrdən biri hesab edirlər. Amerikanın Xərçəng Əleyhinə Araşdırmalar institutu mütəmadi olaraq püstə yeməyin orqanizmdə xərçəng xəstəliyinin qarşısını aldığını sübut etmişlər. Mütəxəssislər püstə və ya püstə südünün vərəm, qan azlığı, təzyiq, mədə və qaraciyər xəstəlikləri, qadın və kişi sonsuzluğu, fiziki və zehni yorğunluq, ağır infeksion xəstəliklərən sonra baş verən zəiflik, impotensiya zamanı orqanizm üçün çox faydalı olduğunu söyləyirlər. Onlar gün ərzində 30-40 qram püstə yeməyin bronxitlər və bağırsaq sancıları zamanı faydalı olduğunu qeyd edirlər. Mütəxəssislər gün ərzində 100 qramdan artıq püstə yeməyi məsləhət bilmir. Bu zaman isə qida rasionundan yağların çıxarılması məsləhətdir.
Püstənin zərərli xüsusiyyətləri
Yüksək təzyiqli xəstələrə duzlu püstə yemək mələhət görülmür. Bu böyrəklərin işinin artmasına və şişkinliyə səbəb ola bilir. Uşaq əmizdirən analara püstə yeyərkən diqqətli olmaq məsləhət görülür.
Püstə yemək allergik reaksiyaların meydana çıxmasına səbəb ola bilir. Püstə yedikdən sonra dəri səpgiləri, ürəkbulanma, asqırma meydana çıxdığı zaman onun qəbulunu dayandırmaq lazımdır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: