Qeydiyyat

Pis işi tərifləyən – onun cəzasında şərik olacaq

413


İmam Cavad (ə) buyurur: "Hər kim pis işi tərifləyər və təsdiq edər - onun cəzasında şərik olar".

Bəlli olur ki, pis işi törədənlə yanaşı, bunu tərifləyən və hətta bu işi təsdiq edən, buna razı olan da bunun cəzasında şərikdir.

Və nəzərə almaq lazımdır ki, bu pis işlərin arasında insanları incitmək - mənfi nəticələr baxımından xüsusilə seçilir. İmam Səccad (ə) buyurur: "Əzabın nazil olmasına səbəb olan günahlar ibarətdir: agah olaraq zülm etmək, insanların haqqına təcavüz etmək, insanları məsxərə etmək".

Bu sırada sual doğur ki, cəhənnəmə gedən ilk kəslər kim olacaq? Həzrət Peyğəmbər (s) buyurur: "Cəhənnəmə gedən ilk kəslər: qüdrətli rəhbərdir ki, ədalətlə rəftar etməmişdir, mali vəzifəsini yerinə yetirməyən zəngindir və təkəbbürlü yoxsuldur".

Müqəddəs dinimizin nəzərində, bir kəs digərinə zülm etdikdə, buna yardım edən və bununla razı olan - hər üçü bu zülmdə şərikdirlər. İmam Cavad (ə) buyurur: "O kəs ki, zülmə agah olar, o kəs ki, zülmə yardım edər və o kəs ki, zülmə razı olar - hər üçü şərikdirlər".

İnsanın istər özünə, istərsə də digərinə zülm etməsi, onun olduğu mühitdən aldığı impulslarla birbaşa bağlıdır. Bu baxımdan, müqəddəs dinimiz nalayiq insanlarla yoldaş olmamaqla bağlı təkidli buyuruşlar təqdim edir. İmam Hüseyn (ə) buyurur: "Alçaq insanla yoldaş olmaq - bəyənilməzdir. Günahkarla yoldaş olmaq insanların bədbinliyinə və etimadlarını əldən verməyə səbəb olar".

Allah Təala bizləri özünə və digərinə zülm etmək müsibətindən qorusun.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: