İslamın yalana olan münasibəti bəlli oldu. Burada düzlük və sədaqət barədə də söhbət açmağı məqsədəuyğun hesab edirik. "Tövbə" surəsinin 119-cu ayəsində deyilir: "Ey iman gətirənlər! Allahdan qorxun və [imanında, sözündə, işində] doğru olanlarla olun!..."
Başqa bir ayədə isə Allah-taala düz danışan və düz yolda olanlara böyük nemət
(Cənnəti) müjdə verir: "Allah buyurdu: Bu, [qiyamət günü] elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları [ağacları] altında çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi olaraq qalacaqlar. Bu, [möminlər üçün] böyük uğur və qurtuluşdur!"("Maidə", 119)
Peyğəmbər (s) bu haqda buyurur: Qiyamət günü sizlərdən mənə ən yaxın olanınız düz danışanlarınızdır.
Әli (ə) buyurur: Düz danışmaq böyük şərəf və ucalıqdır.
Başqa bir yerdə buyurur: Düz danışmaq ədalətlə qardaşdır.
İmam Sadiq (ə) buyurur: Allah elə bir peyğəmbər göndərməmişdir ki, düz danışan və əmanətdar olmasın.