Qeydiyyat

İnsanlar niyə düşmənçilik edir?

425


Ayətullah Cəfəri buyurur: "Bəşəriyyət arasında düşmənçiliyə və kinə səbəb olan amillər bunlardır:

1. İfrat təkəbbür ki, insanı din qardaşından ayrı salar. O ikisini düşmən kimi qərar verər.

Bu çirkin sifət Allahdan uzaq olmağa səbəb olar.

2. İrqpərəstlik bəşər insanları arasında kin alovunu şölələndirə bilər.

3. Qüdrət ardınca olmaq və insanlar üzərində hakim olmağa can atmaq düşmənçiliyə gətirib çıxardır. Bu cür insan özünü, öz maraqlarını - hədəf, başqalarını isə vasitə kimi görər.

4. Ali insani dəyərlərə qarşı cahil olmaq.

5. Dinə və onun hədəflərinə qarşı cahil olmaq.

Bu səbəbdən bu gün insanlar ədalət, hansısa ideya adı altında müharibələrin yaranmasına yol açırlar. Öz cılız düşüncələri ilə dini və ədaləti bəhanə gətirərək, əksinə dini dəyərləri məhv edirlər.

Buna Səlib yürüşlərini misal çəkmək olar. Onlar iddia edirdilər ki, bu yürüşdə guya tək hədəfləri dindir. Ancaq həqiqət burasındadır ki, dini bəhanə edib, günahsız insanların qanlarını tökdülər. Əsrin ən faciəli müsibətini icra edənlərə çevrildilər.

Əgər müharibələrin azalmasını istəyiriksə, gərək insanlar arasında düşmənçilik yarada bilən amillərin aradan getməsi üçün səy göstərək".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: