Körpələrin diş çıxarma prosesində yuxusuz qalmalarının qarşısını almağın bəzi yolları var.
Körpələrdə diş çıxarma mərhələsində yüngül qızdırma, ağlamaq, narahatlıq, barmaqları dişləməyə çalışmaq, yuxu pozğunluğu, iştahasızlıq kimi problemlər hiss olunur.
Diş çıxdıqdan sonra körpənin narahatlığı keçir. Dişçıxarma zamanı həkimlərin məsləhət bildiyi diş gellərindən istifadə etmək mütləq lazımdır. Bunlar körpəni sakitləşdirməyə və yuxusunu normaya salmağa da kömək edir.
Körpə hər dəfə oyananda onu yenidən yatırmaq əvəzinə, sakitləşməsinə kömək etmək, yuxuya öz xoşuna getməsinə çalışmaq lazımdır.
Eyni zamanda körpənin hər yuxu problemini də dişçıxarma ilə bağlamaq olmaz.