Qeydiyyat

Uşağa əmzik vermək olarmı?

378


Anaların bir hissəsi hesab edir ki, əmzik çox ziyanlıdır və onu uşağa qəti şəkildə vermək olmaz.

Digər hissəsi isə əmziyin istifadəsində heç bir ciddi problem görmür. Beləliklə, uşağa əmzik vermək olarmı? Bu suala hər bir ana özü cavab verməlidir. Lakin bundan əvvəl analar əmziklərlə bağlı olan bəzi şeyləri biməlidir.

1. Körpənin əsas reflekslərdən biri əmmə refleksidir. Əmmə zamanı körpə ana döşündən ona lazım olan qidalı maddələri alır. Bundan əlavə əmmə prosesin özü körpənin sinir sisteminə sakitləşdirici təsir edir. Əmmə zamanı uşağın qanına xoşbəxtlik hormonları olan "endorfinlər" ifraz olunur.

Təəssüf ki, körpələrin hamısı ana südü ilə qidalandırılmır, onların bir hissəsi süni qidalandırılır. Süni qidalandırılan körpələrə əmzik vermək olar. Əmzik onlara daha tez yuxuya getməyə, sakitləşməyə və s. kömək edir.

Ana südü ilə qidalandırılan körpələrə əmzik lazım deyil. Uşağı sakitləşdirmək və ya yatızdırmaq üçün ana körpəyə sadəcə döş verməlidir. Bundan əlavə ana südü ilə qidalandırılan uşaq üçün əmzik hətta ziyanlıdır. Əmziyə öyrəşmiş uşaq ananın döşünü düz götürmür və bunun nəticəsində daha az süd əmir, ac qalır, ağlayır. Anada isə südün ifrazı azalır və döşlə bağlı olan müxtəlif problemlər meydana çıxır (çatlar, laktostaz, mastit).

2. Valideynlər nəzərə almalıdır ki, körpə əmzikdən mümkün qədər az istifadə etməlidir (məsələn, narahat olduqda, yatmazdan əvvəl). Diş həkimlərin müşahidələrinə görə, əmziyə aludə olan və uzun müddət ərzində əmzikdən istifadə edən körpələrdə dişlərin formalaşmasında problemlər yaranır (dişlər əyri çıxır və s.). Hal hazırda satışda xüsusi ortopedik əmziklər var ki, onlar dişlərin formalaşmasına daha az mənfi təsir edir.

3. Əmzik müxtəlif infeksiyaların körpənin orqanizminə daxil olmasına "kömək edir". Pediatrların müşahidələrinə görə, əmzikdən istifadə edən uşaqlarda stomatit, otit, ağız boşluğu iltihabları riski əmzikdən istifadə etməyən körpələrlə müqayisədə 2 dəfə çoxdur. Bu riski azaldmaq üçün əmzik gündə bir neçə dəfə (xüsusilə yerə düşdükdən sonra və s.) sabunlu su ilə yaxşı yuyulmalı və qaynanmış su ilə yaxalanmalıdır. Həftədə 1-2 dəfə əmziyi sterilizasiya etmək lazımdır. Bunun üçün xüsusi sterilizatorlardan istifadə etmək və ya əmziyi 3 dəqiqə ərzində qaynatmaq lazımdır. Bəzən analar yerə düşmüş əmziyi öz ağzında "sterilizasiya edib" uşağa verirlər. Bu qəti şəkildə yolverilməzdir!

4. Belə bir hipoteza var ki, əmzik körpələrdə ani ölüm riskini azaldır.

5. Bəzi uşaqlar hətta 3, 4, 5 yaşına kimi əmzikdən imtina etmir və bu valideynlər üçün böyük problemə çevrilir. Uşağı danlamayın, döyməyin, digərlərin yanında rüsvay etməyin. Əsəbi, narahat uşaq əmzikdən daha da "bərk yapışacaq". Axı əmzik onu sakitləşdirir! Bu kimi üsuldan istifadə edə bilərsiniz - "əmziyi Şaxta baba (digər sevimli personaj) apardı və əmziyin əvəzinə sənə oyuncaq (şirniyyat və s.) bağışladı" və s.

6. Diqqət! Əmzik uşaqda allergik reaksiyaya səbəb ola bilər. Bu lateksdan (kauçuk) olan əmziklərə aiddir. Silikondan olan əmziklər allergiyalara səbəb olmur.

7. Əmziyin üzərində çatlar, deşiklər olduqda, ondan istifadə etmək olmaz. Hər 2 aydan bir (lazım olduqda daha tez) əmzik yenisi ilə əvəz olunmalıdır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: