Qeydiyyat

Dünyanın ən amanlıq yeri

366


"Və (xatırlayın) o zaman(ı) ki, İbrahim dedi: "Ey Rəbbim, buranı (bu diyarı) təhlükəsiz və əmin-amanlığı olan bir şəhər et və onun əhalisinə - Allaha və axirət gününə iman gətirənlərə - hər növ meyvə və məhsullardan ruzi ver".

Buyurdu: "(Elə də edəcəyəm) və kim kafir olsa, onu bir az bəhrələndirəcək, sonra isə odun əzabına düçar edəcəyəm və ora pis bir qayıdış yeridir!"". ("Bəqərə" 126).

İmam Sadiq (ə) təhlükəsiz diyar barəsində buyurur: "Hər kim hərəmə pənah gətirmək niyyətilə daxil olar, İlahi qəzəbdən amanda olar.

Hərəmə daxil olan vəhşi heyvanlar və quşlar hərəmdən çıxmayana qədər təhlükəsizlikdədirlər. Heç kəsin haqqı yoxdur ki, onları ram etsin və ya əziyyət versin".

Həzrət Peyğəmbər (ə) Məkkənin fəth günündə buyurur: "Allah yerlə göyü yaradan zaman Məkkəni Qiyamət gününə qədər möhtərəm qərar verdi.

Heç kəs üçün nə məndən əvvəl və nə də məndən sonra caiz deyildir və olmayacaqdır ki, onun hörmətini sındırsın. Ancaq mənim üçün günün bir saatında icazə verildi ki, onu fəth etmək üçün ordumla ona daxil olam".

Bu ayədən və hədislərdən belə nəticə çıxartmaq olar ki, Məkkə Həzrət İbrahimin (ə) zamanından əvvəl də möhtərəm olmuşdur. Lakin bu ehtiram Həzrətin duasından sonra daha gücləndi.

Bəziləri deyir ki, Məkkə ancaq İbrahimin (ə) duasından sonra möhtərəm olmuşdur. Ondan əvvəl başqa şəhərlər kimi idi. Səbəbini də bu hədislə bağlayırlar. Belə ki, Peyğəmbər (s) buyurur: "İbrahim (ə) Məkkəni möhtərəm etdi, mən isə Mədinəni".

İmam Baqir (ə) yuxarıdakı ayə haqqında buyurur: "Həzrət İbrahimin (ə) öz duasındakı məqsədi bu idi ki, meyvələr bura başqa şəhərlərdən gətirilsin. Sonra da oranın əhalisinin ixtiyarında qərar verilsin".

İmam Sadiq (ə) buyurur: "Həzrət İbrahimin (ə) Məkkə üçün istədiyi meyvə - yeyilən meyvələrdən deyildir. Bəlkə məqsəd insanların ürək meyvəsi, yəni məhəbbət idi. Bu mənada ki, Pərvərdigara! Məkkə camaatını xəlqin sevimlisi qərar ver ki, onlara tərəf gedib-gəlsinlər!".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: