Qeydiyyat

Piyada gəzməyin sağlamlığa faydası

627


Piyada gəzmək bütün orqanizmə müsbət təsir edir. Piyada gəzintinin insan orqanizminə aşağıdakı faydaları var:

-Həyat üçün vacib orqan və sistemləri möhkəmləndirir, ürək-damar sistemi xəstəlikləri ehtimalını azaldır, sümüklər daha möhkəm olur, qan təzyiqi normallaşır, əzələlərin işi və yuxu da yaxşılaşır.

-Müntəzəm olaraq artıq çəki azalır, ürək döyüntüsünün artması nəticəsində qan dövranı artır, əzələlərin oksigenlə təminatı daha da intensiv olur, gəzinti zamanı adi vaxta nisbətən kalori 5 dəfə artıq yanır.

-Gənclik dövrü uzanır. Aparılan tədqiqatlara əsasən, bir saat gəzinti zamanı insan iki saat əlavə ömür qazanır.

-Əhval-ruhiyyə yaxşılaşır. Hər gün gəzintiyə çıxan insanlarda özünə qiymət vermə artır, qorxu və həyacan azalır, eyni zamanda enerji axını hiss edirlər.

-Beyinin fəaliyyətinin effektivliyi artır.

Yuxarıda sadalananlardan əlavə, gəzinti üçün maliyyə imkanı lazım olur. Gəzinti üçün idman zalına getmək lazım deyil. Amma vacib olan odur ki, səy göstərmək və hər gün gəzintiyə çıxmaq lazımdır ki, effekti hiss edəsən.

Gəzinti ilə məşğul olmaq üçün qaydalara əməl etmək lazımdır. Sadəcə addımlayaraq müəyyən ərazidə gəzmək kifayət etmir. Bəzi məsləhətlərə əməl edərək maksimum effekt əldə etmək olar:

1. Gəzintiyə isinmə hərəkətləri ilə başlamaq lazımdır. Bəzi tapşırıqlarla əzələləri növbəti gərginlik üçün hazır etmək lazımdır.

2. Gəzinti zamanı verilən tempi saxlamaq lazımdır.

3. Tapşırığı hissə-hiss bitirmək lazımdır. Asta gəzintiyə keçərək sonradan tapşırığı bitirmək vacibdir.

Sağlamlığı optimal səviyyədə saxlamaq üçün gəzintiyə hər gün vaxt ayırmaq lazımdır. Fiziki cəhətdən hazırlıqsız olan insanlar ən yaxşı halda orta templə gündə 30-60 dəqiqə gəzintiyə vaxt ayıra bilərlər.

Baxmayaraq ki, gəzinti çox faydalıdır, bəzi hallarda isə ziyan da vura bilər. Mütəxəssislər piyada gəzintinin əks-təsirlərini aşağıdakı kimi sıralayıblar:

-Bu yaxınlarda keçirilən cərrahi əməliyyat. Həddən artıq fiziki aktivlik tikişlərin sökülməsinə səbəb ola bilər. Eyni zamanda ağrıların artma ehtimalı da var.

-Xroniki xəstəliklərin (hipertoniya və infeksiya) kəskinləşməsi.

-Əzələ-skelet aparatının işinin pozulması. Bu hallarda kifayət qədər ehtiyatlı davranmaq lazımdır. Əks halda problem şiddətlənə bilər.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: