Qeydiyyat

İstiğfar bəlanın qarşısını alar

270


"Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir. (İstiğfar, müşriklər barəsindəki ayələrin içərisində olan bu ayənin kitab əhlinə aid olmasına dəlalət edir)". ("Ənfal" 33).

Hədislərdə oxuyuruq ki, Allah bəzi pak və təyyib insanlara görə bəla və çətinlikləri başqa insanların üzərindən götürər. Necə ki, Quranda buyurulur: "Göndərdiklərimiz (mələklər) İbrahimə müjdəni (övladı olması xəbərini) gətirdikdə, dedilər: "Əlbəttə Biz bu şəhərin (Lut qövmünün məskəninin) əhalisini də həlak edənik, çünki oranın əhalisi zalımdır". (İbrahim) dedi: "Lut oradadır!".

Dedilər: "Biz orada olanları daha yaxşı bilirik, mütləq onu və ailəsini xilas edəcəyik. Yalnız zövcəsindən başqa. O, (əzab içində) qalanlardandır"". ("Ənkəbut" 31-32).

İmam Əli (ə) Peyğəmbərin (s) vəfatından sonra buyurur: "İki amandan biri aramızdan getdi. Başqa bir aman ki, istiğfardır - hifz edin".

Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ölümüm və həyatım sizin üçün xeyirdir. Həyatım zamanı Allah əzabı sizdən götürər və ölümümdən sonra da mənə əməllərinizi təqdim etməklə, istiğfar və bağışlama istəməklə xeyirə şamil olarsınız".

Günah və üsyan etmək insanı bəlaya düçar edər. Bu bəlanı aradan aparmağın tək yolu - tövbə və istiğfardır.

"Və sənin Rəbbin heç vaxt şəhər və kəndləri onların əhalisi əməlisaleh və islah edən olduqları halda zülmlə həlak etmək niyyətində olmayıb". ("Hud" 117).
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: