Amerikalı alimlərinin fikirinə görə, qripp və soyuqdəymə zamanı ən yaxşı qida toyuq bulyonudur.
Toyuq bulyonu tək qida deyil, həm də... dərmandır - sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yaxşılaşdırır.
Toyuq bulyonunda güclü antioksidant "karnozin" aşkar olunub. Karnozin insanın immun sitemini gücləndirir, xəstəlik nəticəsində orqanizmdə əmələ gələn toksinləri neytrallaşdırır və nəticədə intoksikasiyanın simptomarını (baş, əzələ, oynaqlar ağrıları) azaldır və xəstənin vəziyyətini yüngülləşdirir.
Toyuq bulyonun tərkibində olan "sistein" aminoturşusu bəlğəmin durulaşmasına və orqanizmdən daha asan çıxmasına kömək edir. Ümumillikdə isti toyuq bulyonu nəfəs yollarına çox müsbət təsir edir - bronxların keçiriciliyini yaxşılaşdırır, öskürəyin və zökəmin müalicəsində çox yaxşı kömək edir, nəfəsalmanı asanlaşdırır, boğaz ağrısını azaldır.
Həkimlər bulyonun orqanizmə olan təsirini artırmaq üçün ona soğan, kök və bolqar bibəri əlavə etmək tövsiyə edirlər. Tərəvəzləri iri tikələrə doğrayın (bu halda tərkibində olan faydalı maddələr daha yaxşı saxlanılır) və bulyona əlavə edin. Bu müalicəvi vitaminli sup hazır olanda, onu blenderdən keçirin və xəstəyə verin.