Qeydiyyat

Nanənin 12 faydası - Çayını için

558


Nanə yarpaqları faraon məqbərələrində tapılıb, bu bitkinin adı Tövratda çəkilir.

Hələ dahi Hippokrat, İbn Sina, Avisenna bu ətirli otun müalicəvi xüsusiyyətlərini bilir və çox yüksək qiymətləndirirdi.

Müasir tibb də nanənin müalicəvi xüsusiyyətlərini tanıyır. Nanə və nanə efir yağı müxtəlif dərmanların və məlhəmlərin tərkibinə daxil edilir.

Nanənin müalicəvi xüsusiyyətləri bunlardır:

- Nanə sinir sistemi üçün ən faydalı otlardan biri sayılır. Nanə gərginliyi azaldır, sakitləşdirir, baş ağrıları zamanı kömək edir.

- Güclü spazmolitik xüsusiyyətlərinə görə nanə həzm sistemi üçün də çox faydalıdır - köpü və qarın ağrıları azaldır, həzmə kömək edir, qurdqovucu və antiseptik təsir edir.

- Nanə çayı təzyiqi salmaq üçün ən tanınmış vasitələrdən biridir.

- Nanə orqanizmə sidik və ödqovucu təsir edir.

- Nanə ürəyin dostu sayılır. Ürək və damar xəstəliklərinin profilaktikası üçün hər gün nanə çayı için.

- Nanə güclü afrodiziak (cini həvəsi artıran maddə) sayılır.

- Nanə qadınlarda menstruasiya zamanı ağrıları azaldır.

- Nanə iltihabı azaldır, nəfəs yollarını selikdən və mikroblardan təmizləyir.

- Nanə yağı müxtəlif ağrıkəsici və iltihabəleyhinə məlhəmlərin tərkibinə daxil edilir, revmatizm, radikulit, əzələ və sinir ağrıları zamanı istifadə olunur.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: