Qeydiyyat

Körpə uşağın Quranla ünsiyyət bağlaması üçün nələr tövsiyə olunur?

484


Məhəmməd Peyğəmbər (ə) buyurub :"Saleh övlad cənnət güllərindən biridir". İslamın ruh oxşayan göstərişlərindən ilham alaraq övladların sağlam tərbiyəsi üçün çalışmaq, onlardan cəmiyyət üçün yararlı və əməlisaleh fərdlər ərsəyə gətirməliyik. Övladların ana bətnində və kiçik yaşlarda ikən Quranla ünsiyyət tapması üçün bir sıra göstərişlərə riayət etmək lazımdır.

Aparılan tədqiqatlara əsasən, ana bətnindəki uşaq beşinci aydan başlayaraq müəyyən şeylər eşidib onu zehnində saxlamağa qadirdir. Aşağıdakı göstərişlərə əməl edilməsi, gündə bir saat Quranın lent yazılarını audiyo disklərdə oxudulması, həmçinin onun tərtil ilə oxunması nəticəsində valideyn övladın hafizi-Quran olmasına şərait yarada bilər. Bu işi hər gün bütün hamiləlik dövründə, habelə uşağın doğulmasından sonra da davam etdirməlsiniz. Bu işi o qədər təkrar etmək lazımdır ki, övladın hafizəsi (zehni) Quranın bir cüzü ilə tamamilə tanış olsun və beləliklə də onun hafizəsində həkk olunsun. Bu işlər iki yaşına qədər təkrar edilsə, Allahın köməyi ilə bir cüzü hifz edib əzbərləməyə qadir olacaqdır.

1-ci ay: Cümə axşamı və cümə günləri "Yasin və Saffat"surələri oxunsun.

2-ci ay: Cümə axşamı və cümə günləri "Təbarəkəlləzi" surəsi tilavət olunsun, habelə cümə axşamı günləri 140 dəfə, cümə günləri isə 100 dəfə peyğəmbər(s) və onun Ehlibeytinə(ə) salavat göndərib, axırında isə "əccil fərəcəhum"deyilsin

3-cü ay: Cümə axşamı və cümə günləri "Ali-İmran"surəsi tilavət olunsun və sonda 130 dəfə "və əccil fərəcəhum" deməklə salavat göndərilsin.

4-cü ay: Cümə axşamı və cümə günləri "Həl-əta"surəsi oxunsun və hər gün 40 dəfə salavat göndərilsin.

5-ci ay: Cümə axşamı və cümə günləri "İnna fəttəhna" surəsi tilavət olunsun .

6-cı ay: Cümə axşamı və cümə günləri "Vaqiə" surəsi tilavət olunsun.

7-ci ay: Azan, iqamə və gecə namazlarına diqqət yetirməklə bazar ertəsi günləri "Nəhl" surəsi, cümə axşamı və cümə günləri "Yasin və Təbarək" surələri tilavət olunsun, həmçinin 140 dəfə salavat deyilsin.

8-ci ay: Şənbə günləri sübh namazından sonra "Qədr" surəsi 10 dəfə, bazar günləri sübh namazından sonra "Vəttini" surəsi iki dəfə, bazar ertəsi günləri bir dəfə "Yasin" surəsi, çərşənbə axşamı günləri "Mühəmməd" surəsi, cümə günləri isə "Saffat surəsi"tilavət olunsun.

9-cu ay: Cümə axşamı günləri "Həcc"surəsi, cümə günləri isə "Fatir"surəsi tilavət oxunsun.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: