"Liverpul" futbolçusu Sadio Mane karyerasını Fransada davam etdirməyə yaxındır.
PSJ 30 yaşlı seneqallı hücumçunu heyətinə qatacaq. Paris klubu yayda "merisaydlılar"la danışıqlar masasına oturacaq. Afrikalı forvardın İngiltərə nəhəngi ilə sözləşməsi 2023-də başa çatır.
Qeyd edək ki, Mane 2016-cı ildən "Liverpul" forması geyinir.