Qeydiyyat

Ən ayıq və ən zirək insan kimdir?

374


İmam Əli (ə) nəql edir ki, Peyğəmbər (s) buyurub: "Ən zirək və ən ayıq insan o kəsdir ki, özünü hesaba çəkər və öz ölümündən sonra iş görər".

Bu hədisi eşidən bir nəfər soruşur: "Ey Əmirəl-möminin! Nəfsimizi necə hesaba çəkək?".

İmam Əli (ə) buyurur: "O zaman ki, səhəri edər və sonra həmin gün sona çatar, insan özünə qayıtsın və xitab edərək desin: "Ey nəfs! Bu gün elə bir gün idi ki, səndən artıq keçdi və heç bir zaman geri qayıtmayacaqdır.

Allah sənə sual verəcəkdir ki, bu günü hansı yolla sona çatdırdın və onda nə iş gördün? Allahı yada saldın və ona sitayiş etdinmi?

Möminlərin ehtiyacını yerinə yetirdinmi? Möminin qəmini aradan apardınmı?

Mömin olmayan zaman ailəsi və övladları yanında abırını qorudunmu? Möminin arxasınca qeybət etməkdən özünü saxladınmı?

Müsəlmana yardım etdinmi? Sən bu gündə nə etdin?

Əgər cavabında desə ki, yaxşı işlər görmüşəm, Allaha şükür et. Sənə nəsib etdiyi tofiqə görə təkbir de. Əgər desə ki, günah etmişəm və ya səhlənkarlıq etmişəm, Allah dərgahında istiğfar et və bağışlanma istə. Qərara al ki, bir daha günahı təkrar etməyəcəksən".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: