Qarın ağrısı adətən bağırsaq problemlərindən qaynaqlanır. Adətən ciddi səbəblərdən yaranmasa da ağrıların şiddəti artar və ya davamlı olarsa, həkimə müraciət etməyiniz tövsiyə olunur.
Ev şəraitində bu problemi aradan qaldıra biləcək məlhəmləri təqdim edir.
Çobanyastığı çayı
1 stəkan su
1 çimdik çobanyastığı
Çobanyastığını 10 dəqiqə dəmlədikdən sonra için.
Nanə çayı
1 stəkan su
1 çimdik nanə
Eyni qayda ilə dəmləyib istehlak edin.
Zəncəfil çayı
Bitkini dəmləyib içə bilərsiniz. Əgər dadında acılıq hiss edirsinizsə, içinə bir çay qaşığı bal əlavə edin.
Limon və sirkə ilə su
Suya bir neçə damcı sirkə və limon suyu əlavə etmək kifayətdir.
Qarnınızı sağa və sola dairəvi hərəkətlərlə masaj etmək də ağrıların azalmasına yardımçı olacaq.