Qeydiyyat

Əllə yazı yazmağın 4 faydası

419


Biz müasir həytımızda elektronik alətlərdən uzaq dura bilmirik. Elektronik əşyalar evdə də, işdə də bizə yardım edir. Bu alətlər vasitəsilə biz istədiyimiz bölgədə olan dostlarımızla əlaqə saxlaya və istədiyimiz işlə məşğul ola bilirik. Müasir dünyada insanlar uzaqda yaşayan əzizlərinə məktubları elektron poçtla göndərirlər. Amma, mütəxəssislər məktub və digər bəzi yazıları əllə yazmağı məsləhət bilirlər. Mütəxəssilər əllə yazı yazmağın insan üçün 4 faydası olduğunu qeyd edirlər:

1. Əllə yazı yazmaq elmi qabiliyyəti artırır
Bəziləri övladlarının yaşları kiçik olduğu zamanlardan kompyuteri örənmələrini vacib hesab edirlər. Onlar kompyuteri tez öyrənən uşağın elmi biliklərə daha tez yiyələnəcəyini düşünürlər. Mütəxəssislər isə bunun düzgün fikir olmadığını deyilər Belə ki, kompyuterin klavyaturasında yazmağı öyrənən azyaşlı uşaq sonra qələmlə yazmağa vərdiş edə bilmir və dərslərindən geri qalır.
2. Qələmlə yazı yazmaq insanın fikirlərini izah etməyi formalaşdırır
Qələmlə yazı yazmaq klavyutara ilə yazmaqdan daha yaxşıdır. Qələmlə yazmaq insanın fikirlərinə aydınlıq gətirməyinə səbəb olur. Belə ki, qələmlə yazdıqa insan fikirləşdiyi hər bir sözü asanlıqla yaza bilir. Fikirləşdiklrini ağ vərəqə tökə bilən hər bir kəs isə fikirlərini aydın izah etməkdə çətinlik çəkmir.
3. Qələmlə yazmaq diqqətin toplanmasına səbəb olur.
Qələmlə yazı yazarkən insan fikirlərini cəmləşdirə bilir. Bu isə yazı yazan adamın diqqətinin toplanmsına səbəb olur. Mütəxəssislər elektron poçtla məktub yazan adamın qısa bir zamanda kompyuter arxasından durmayaraq müxtəlif lazımsız saytlara baxdığını qeyd edərək, bunun vaxt öldürmək olduğunu deyirlər. Amma, qısa bir zamanda fikirlərini kağıza tökmək, məktub göndərəcəyin adama sevgini izah etməklə yanaşı, vaxtına da qənaət olur.
4. Beynin qocalmasının qarşısını alır
Qələmlə yazı yazmaq insanin diqqətinin bir yerə toplanmasına, yaddaşın məşq etməsinə səbəb olur. Bu proseslər isə beyin hüceyrələrinin ölməsinin tezliyini azaldır, beyinin aktivliyini artırır. Bu zaman yaşlı adamlarda da aydın şəkildə fikri izah etmək qabiliyyəti meydana gəlir və yaddaşsızlıqla əlaqədar əmələ gələn problemlər həll olur.
Əllə yazı yazmaq ürəyindən keçənləri, hiss etdiklərini kağıza tökmək kimi bir şeydir. Bu zaman insan ürəyinin istiliyini də əlindəki kağıza ötürmüş olur. Məktubu oxuyan isə həmin isti enerjini alaraq sənin onu nə qədər sevdiyini hiss edir. Odur ki, çalışın əllə məktub yazın. Ən azından gündlik tutub hər gün hiss etdiklərinizi qələmə almağa çalışın. Unutmayın ki, əllə yazı yazmağın faydaları çoxdur.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: