Qeydiyyat

İslamda sevginin növləri

456


Alimlərin dediyinə görə məhəbbət iki qismə bölünür:

1- Birinci qism

İbadət məhəbbəti. Bu məhəbbət xalis Allah üçün olmalıdır. İbadət məhəbbəti ilə birlikdə, məhəbbət bəslədiyinə qarşı zəlil olmalısan. Allahdan başqasına səcdə etməyin, qurban kəsməyin, nəzir verməyin qadağan olduğu kimi, bu məhəbbəti Allahdan başqasına aid etmək olmaz.

Alimlər ibadətin tərifində deyiblər ki: "İbadət: Sonsuz sevgi ilə sonsuz zəlillikdir"

İbadət özü də üç əsas üzərində qurulur: Məhəbbət, qorxu və istək

Məhəbbət, qorxu və istək ibadaətin əsaslarıdır. Əgər bunların üçü bir yerdə gəlsə, namaz, həcc və başqa ibadətlər yerinə yetmiş və faydalı olar. Əgər bunlar olmasa, onda insan namaz qılsa, oruc tutsa, həccə getsə belə, onun ibadəti səhih sayılmır

Alimlər eləcə də deyirlər ki :

"Kim Allaha ancaq məhəbbətlə ibadət edərsə, o sufidir" Çünki sufilər iddia edirlər ki, onlar Allaha ancaq məhəbbətlərinə görə ibadət edirlər və belə deyirlər: "Biz Allaha, Cəhənnəmdən qorxduğumuza görə yox, Cənnəti istədiyimizə görə yox, Onu sevdiyimizə görə ibadət edirik" Bu zəlalətdir.

"Kim Allahdan ancaq bir şey istəməyə görə ibadət edərsə, o murciədir" Çünki murciələr, əməlləri iman çərçivəsindən çıxardırlar

"Kim Allaha ancaq qorxaraq ibadət edərsə, o xəvaricdir" Çünki xəvariclər möminləri, günahlara görə təkfir edirlər.

Murciələr ancaq istəməyi götürdülər. Sufilər ancaq məhəbbəti götürdülər. Xəvariclər ancaq qorxunu götürdülər.

Əhli Sünnə vəl Cəmaə isə əlhəmdulillah bu üçünü bir toplayıb qorxaraq, sevərək, istəyərək, zəlilliklə, itaətlə ibadət edirlər. Və bütün bunların üzərində ibadətin digər növlərini qururlar.

İkinci növ: İbadət olmayan məhəbbət. Bu da dörd hissəyə bölünür:

Birinci qismi: Təbii məhəbbət. İnsanın yeməyi, içməyi və s. ləzzətli halal şeyləri sevməyi.

İkinci qismi: Hörmət məhəbbəti. Uşağın müşrik və kafir olmayan atasını sevməsi. Uşaq öz atasını kəramət, hörmət mənasında sevir. Çünki onun atası ona qarşı çox yaxşıdır. Onu tərbiyə edib. Bu sevilən və əmr olunan məhəbbətdir.

Üçüncü qism: Rəhm məhəbbəti. Atanın övladını sevməsi. Ata övladını rəhm məhəbbəti ilə sevir.

Dördüncü qism: Dostluq məhəbbəti. Bir işdə işləyən, ticarətdə şərik olduğun insanı, səfərdə sənin yoldaşın olanı, onunla dostluq etmək üçün sevəsən.

Bu qismlər ibadətin növlərindən deyil, çünki bunlarla bərabər zəlillik yoxdur.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: